Abidələr bərpa olunacaq,
yeni
mədəniyyət
ocaqları yaradılacaq
Mədəniyyət və Turizm
Nazirliyi Mədəni İrs şöbəsinin müdiri
RÜFƏT NURİYEVDƏN aldığımız cavab məktubunda qəzetimizin 01 dekabr 2012-ci il tarixli
nömrəsində dərc olunmuş "Hələ ki, gec
deyil" sərlövhəli məqalənin nazirlikdə
araşdırıldığı qeyd olunur, ümumiyyətlə,
rayonda abidələrin bu günkü vəziyyəti və
bütünlükdə 2013-2016-cı illərdə abidələrin
bərpası, mədəniyyət evlərinin, musiqi məktəblərinin təmiri və
tikintisi ilə bağlı
görüləcək işlər haqqında ətraflı məlumat verilir:
"Diqqətinizə çatdırırıq ki, həqiqətən də, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən körpü memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilən abidələrin siyahısına daxil edilməmişdir.
Məqalədə qeyd olunan Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı Koroğlu qalası (inv. ¹1790) ölkə əhəmiyyətli arxeoloji abidə kimi, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Nəsib bəyin və Yusif bəyin yaşayış evləri (inv. ¹5190 və 5209), iki türbə (inv. ¹5205 və 5206) və məscid binası (inv. ¹ 5207) yerli əhəmiyyətli memarlıq abidələri kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 ¹-li qərarı ilə dövlət tərəfindən qorunur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində tarix və mədəniyyət abidələrinin tədqiqi, bərpası və istifadəsi istiqamətində müntəzəm işlər aparılır. Nazirlik tərəfindən 2013-2016-cı illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən Nəsib bəy ilə Yusif bəyin evlərinin və türbələr kompleksinin bərpası nəzərdə tutulmuşdur.
Ümumilikdə Tovuz rayonu üzrə Aşıq H.Bozalqanlı adına Aşıq sənəti muzeyi binasının tikintisi, Tovuz şəhərində 400 yerlik uşaq musiqi məktəbi binasının tikintisi, mədəniyyət evi binasının əsaslı təmiri və dram teatrına uyğunlaşdırılması, tarix-diyarşünaslıq muzeyi və "Şəfəq" kinoteatrı binalarının əsaslı təmiri, dövlət rəsm qalereyasının və mərkəzi kitabxana binasının tikintisi, Qovlar şəhərində mədəniyyət evi binasının əsaslı təmiri və uşaq musiqi məktəbi binasının tikintisi, Düz Qırıqlı kənd məscidinin bərpası və 7 illik uşaq musiqi məktəbi binasının əsaslı təmiri, Yanıqlı kəndində məscidin, türbə kompleksinin və Zəyəm çayı üzərində Xan körpüsünün bərpası, Əsrik kəndində məbəd və qala divarlarının qalıqlarının bərpası və konservasiyası, abidə ətrafında abadlıq işlərinin aparılması, Vahidli kəndindəki Axınça çayı üzərində Sultan körpüsünün bərpası, məscid və türbə kompleksinin konservasiyası, Hununlar kəndindəki XII əsrə aid məbədin bərpası, Azaflı, Alakol və Məşədilər kənd klublarının əsaslı təmiri, Aşağı Quşçu kəndi yaxınlığında eramızdan əvvəl V-VI minilliklərə aid edilən "Göytəpə yaşayış yeri"nin konservasiyası və ətrafının abadlaşdırılması 2013-2016-cı illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilmişdir".
Azərbaycan.- 2013.- 16 fevral.- S.8.