«Mədəniyyət haqqında» Azərbaycan Respublikasının

2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. altı ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin qanunun 12-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin qanunun 14.2.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin qanunun 22.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin qanunun 23.3-cü maddəsinə uyğun olaraq, mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin qanunun 26.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin qanunun 27.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin qanunun 29.5-ci maddəsinə uyğun olaraq, mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibini, təşkilini və idarə olunması qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin qanunun 32.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin qanunun 34.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin qanunun 34.3-cü maddəsinə uyğun olaraq, sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin qanunun 38.4-cü maddəsinə uyğun olaraq, milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.15. həmin qanunun 39.1-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.16. həmin qanunun 40.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.17. həmin qanunun 42.3-cü maddəsinə uyğun olaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.18. həmin qanunun 45.2-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.19. həmin qanunun 47.1-ci maddəsinə uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.20. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində həmin qanunun 21.2-ci, 22.5-ci, 23.1-ci maddələrində, 26.4-cü maddəsində ikinci halda, 27.1-ci maddəsində ikinci halda, 29.1-ci maddəsində, 30.4-cü maddəsinin birinci cümləsində, 33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 35.2-ci, 36.3-cü, 37.1-ci, 37.2-ci, 38.2-ci, 39.2-ci, 39.3-cü, 39.6-cı, 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində, ikinci cümləsində ikinci halda, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 41.1-ci, 41.2-ci, 42.1-ci, 45.1-ci, 47.4.3-cü, 48.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 5.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanununun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və icrasına nəzarət üzrə), 25.1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət üzrə), 12-ci, 14.2.4-cü, 22.3-cü, 23.3-cü, 24.4-cü maddələrində, 26.4-cü maddəsində birinci halda, 27.1-ci maddəsində birinci halda, 29.5-ci, 32.2-ci, 34.1-ci, 34.3-cü, 38.4-cü, 39.1-ci maddələrində, 40.4-cü maddəsinin ikinci cümləsində birinci halda, 42.3-cü, 45.2-ci, 47.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və onların icrasına nəzarət üzrə), 25.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.1.