Liviya Dövləti Ümummilli Konqresinin

Sədri zati-aliləri cənab Məhəmməd əl Məqarifə

 

Hörmətli cənab Sədr!

 

Liviya Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 11 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.1.