Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Bəzi Dairə Seçki
Komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Qərar ¹1/2
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. İlqar Əli oğlu İbrahimov 30 saylı Suraxanı birinci, Rüstəm İsmayıl oğlu Mikayılov 36 saylı Xətai dördüncü, İlham Şirin oğlu Şirinov 44 saylı Sumqayıt - Abşeron, Abbasqulu Əlicabbar oğlu Zeynalov 65 saylı Saatlı - Sabirabad - Kürdəmir, Nərman Nəsir oğlu Şükürov 80 saylı İmişli - Beyləqan, Aynurə İmran qızı İmranova 91 saylı Ucar, Rəsul İsrafil oğlu Məhəmmədov 115 saylı Şəki kənd ikinci, Nofəl Şahmar oğlu İsmayılov 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Ruslan Rahim oğlu Ramazanov 53 saylı Quba - Qusar, Əlicabbar Abbasqulu oğlu Zeynalov 65 saylı Saatlı - Sabirabad - Kürdəmir, Hikmət Əbülfəz oğlu Xanməmmədov 71 saylı Masallı kənd, Firdovsi Allahverdi oğlu Axundov 76 saylı Lənkəran - Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.02.2013
Azərbaycan.-2013.- 19 fevral.- S. 3.