Ermənistanda total saxtakarlıqla müşayiət olunan daha bir seçki
Bu ölkənin qarşıdakı 5 ildə
daha böyük problemlərlə üzləşəcəyi
gözlənilir
Fevralın 18-də
Ermənistanda keçirilən
prezident seçkiləri
bir daha bu ölkənin demokratik dəyərlərdən
çox uzaq olduğunu, hakimiyyətin isə total saxtakarlıqlar
hesabına iqtidarda qalmaq niyyətində israrlı olduğunu nümayiş etdirdi. Qeyd edək ki, dünən
Ermənistanda sayca
6-cı prezident seçkiləri
keçirilib.
Müxalif qüvvələrin bildirdiyinə
görə, Ermənistanda,
əslində, prezident
seçkiləri keçirilməyib,
çünki burada seçkilərin nəticəsi
əvvəlcədən məlum
olub. Serj Sarkisyanın saxtakarlıq
yolu ilə hakimiyyətə yenidən
yiyələnməsi fonunda
vurğulanır ki, onun prezidentliyinin növbəti müddətində
də erməni xalqının vəziyyəti
yaxşılaşmayacaq, ölkədə
ümumi böhran daha da dərinləşəcək.
Onu da xatırladaq ki, əvvəlcə prezident postuna səkkiz namizəd var idi. Lakin seçkilərə
10 gün qalmış
namizədlərdən biri,
"Milli həmrəylik"
partiyasının lideri
Aram Aratunyan həm özü namizədliyini geri götürdü, həm də digər namizədləri eyni addımı atmağa, beləliklə,
Serj Sarkisyanı prezidentlik yarışında
tək qoymağa çağırdı. Amma Ermənistan
qanunları seçkilərdə
rəqabəti məcburi
hesab etmir. Seçkilərə iki gün qalmış jurnalistlərlə
görüşən Andrias
Qukasyan bəyan edib ki, fiziki
cəhətdən seçki
məntəqəsinə getmək
iqtidarında olmadığından
səs vermək fikrində deyil. Onun sözlərinə görə,
seçkilərdən sonra
o, və tərəfdaşları
vətəndaş itaətsizliyi
elan edəcəklər.
Seçkilərə namizəd qismində fəaliyyətdə
olan prezident, Respublika partiyasının
lideri Serj Sarkisyan, keçmiş baş nazir, "Azadlıq" partiyasının
lideri və deputat Qrant Baqratyan,
keçmiş xarici işlər naziri, "İrs" partiyası idarə heyətinin sədri Raffi Ovannisyan, sovet illərinin tanınmış
dissidenti, "Milli müqəddərat ittifaqı"
partiyasının sədri
Paruyr Hayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş "xarici işlər naziri" Arman Melikyan və alim Vardan
Sedrakyan qatılıblar.
Sarkisyanın isə bu rəqiblər üzərində total saxtakarlıqla
qalib gəlməsi elə də çətin olmayıb. Çünki onun iki real rəqibi olan ilk prezident, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan və "Çiçəklənən
Ermənistan" partiyasının
sədri, ölkənin
ən varlı adamlarından olan Hagik Çarukyan, eləcə də eks-prezident Robert Koçaryan
seçkilərdə iştirakdan
imtina ediblər. Bundan başqa, daha bir nüfuzlu siyasi təşkilat -
"Daşnaksütyun" partiyası namizəd irəli sürməyib və öz elektoratını seçkiləri
boykot etməyə çağırıb. Seçkiqabağı kampaniya çox sönük keçib.
Müstəqil monitorinqin nəticələrinə
görə, namizədlər
pulsuz efir vaxtından da istifadə etməyiblər.
Onu da xatırladaq ki, yanvarın 31-də namizədlərdən
biri olan Paruyr Hayrikyan güllələnib. Qanunvericiliyə görə, namizədlərdən
biri keçilməz maneə ilə qarşılaşarsa, seçkilər
təxirə salına,
hətta, ləğv edilə bilər. Lakin sui-qəsdə məruz qalan Paruyr Hayrikyan
hadisədən sonrakı
on gün ərzində
seçkilərin təxirə
salınması ilə
bağlı fikrini dörd dəfə dəyişdirdi. Bunun hakimiyyətin
təzyiqi ilə edilməsi istisna deyil.
Seçki günündə gözlənildiyi
kimi, xeyli saxtakarlıq qeydə alınıb. Səsvermə günündə erməni mətbuatının
verdiyi xəbərlərə
görə, yenidən
sarı dövlət nömrə nişanlı
mikroavtobuslarda adamlar seçki məntəqələrinə
gətirilib. "Mülki
Cəmiyyət İnstitutu"
adlı QHT bildirib ki, saat
09:45-10:45-də 927 və 928 seçki məntəqələrinə
0858 sarı dövlət
nömrə nişanlı
mikroavtobuslarda adamlar qrup halında daşınıb. Adıçəkilən təşkilat Seçki Məcəlləsinin digər
pozulma hallarını
da qeydə alıb. Belə ki, 915 saylı
seçki məntəqəsində
müşahidəçi seçki
komissiyası sədrinin
hakim Ermənistan Respublika
Partiyasının döş
nişanını gəzdirdiyini
müşahidə edib.
Yerevandakı 94 saylı seçki məntəqəsində komissiya
sədri seçki məntəqəsindən çıxıb
və bunu səs vermək niyyəti ilə etdiyini və 10 dəqiqədən sonra qayıdacağını vəd
edib. Ermənistanın Seçki Məcəlləsinə
görə, seçki
məntəqəsində səsvermənin
gedişini komissiyanın
rəhbəri təmin
edir və o olmadıqda işi kimin təşkil edəcəyi göstərilmir.
1421 saylı seçki
məntəqəsində müşahidəçi
adamların toplandığını
müşahidə edib.
O, komissiya sədrinə
müraciət edib və sədr bir neçə nəfəri məntəqədən
çıxarıb. Seçki
Məcəlləsinin 63-cü maddəsinin 33-cü bəndinə
görə, seçki
məntəqəsində 15 nəfərdən artıq
adam olmamalıdır.
Kardzor kəndindəki
2924 saylı seçki
məntəqəsində "İrs" partiyasının
üzvü bülletenlərin
qutuya kütləvi atılması faktını
qeydə alıb. Bu proses
kənd administrasiyasının
rəhbəri Araik Matinyan tərəfindən
təşkil edilib. Bu seçki məntəqəsinin
digər üzvləri
insidenti qeydiyyata almaqdan imtina ediblər və bunu belə bir hadisəni görmədikləri ilə
əsaslandırıblar.
Ermənistan Baş Prokurorluğuna
da prezident seçkilərində vətəndaşların
seçki hüquqlarının
pozulması haqqında
çoxsaylı şikayət
daxil olub. Prezident seçkiləri günü
seçki komissiyalarının
15904 üzvündən 120-dən çoxu seçki məntəqələrinə gəlməyib.
Ermənistanda keçirilən bütün
sosioloji sorğuların
nəticələrinə görə,
vətəndaşlar ölkədəki
vəziyyətlə bağlı
bədbindirlər. Rəyi soruşulanların
əksəriyyəti hesab
edir ki, get-gedə Ermənistanda vəziyyət pisləşəcək.
Respondentlər ən ciddi
problem kimi işsizliyi
görürlər. Qarşıdakı 5 ildə isə bu problemlərin daha da dərinləşəcəyi
indidən proqnozlaşdırılır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2013.- 19 fevral.- S.7.