Türkiyə Prezidenti
Abdullah Gül Azərbaycan
Müdafiə
Nazirliyinin nümayəndə
heyətini qəbul etmişdir
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
S.Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırmış, ona Ankarada keçirilmiş görüşlər haqqında ətraflı məlumat verilmişdir.
Türkiyə
Prezidenti ölkələrimiz arasında bütün istiqamətlərdə
olduğu kimi müdafiə sahəsində də əməkdaşlığın
yüksək səviyyəsindən məmnunluğunu ifadə
etmiş, onun salamlarını Azərbaycan Prezidenti İlham
Əliyevə çatdırmağı xahiş etmişdir.
Görüş mətbuata qapalı olaraq davam etmişdir.
Azərbaycan.-2013.- 20 fevral.- S.2.