Rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını xarici siyasət konsepsiyasının əsas prioritetlərindən biri elan etmişdir

 

MDB üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiya Federasiyasının xarici siyasətinin əsas regional prioritetlərdən biridir.

AzərTAc xəbər verir ki, bu barədə Rusiya Prezidenti tərəfindən təsdiqlənmiş və bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş "Rusiya Federasiyasının xarici siyasət konsepsiyası"nda deyilir.

Konsepsiyada vurğulanır ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB-nin üzvü olan ölkələrlə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcəkdir. Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələri neytrallaşdırmaq, Orta AsiyaZaqafqaziyada sabitliyin pozulmasına yol verməməkdir.

Sənəddə bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 20 fevral.- S.2.