Kolumbiya Senatının üzvü
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan
xalqı ilə həmrəyliyini ifadə etmişdir
Kolumbiya
Senatının xarici əlaqələr komitəsinin
üzvü Aleksandra Pirakive Azərbaycan Prezidentinə və
Milli Məclisin sədrinə Xocalı soyqırımının
21-ci ildönümü ilə əlaqədar məktub göndərmişdir.
Bu
sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Abdullayev fevralın 19-da
demişdir. Bildirilmişdir ki, senator məktubunda Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar
Azərbaycan xalqı ilə həmrəyliyini ifadə
etmişdir.
Məktubda
vurğulanmışdır ki, Kolumbiya Senatı Azərbaycan
xalqının iztirablarını anlayır və faciənin
günahkarlarını qınayır. Zorakılıq
unudulmamalıdır və bu cür vəhşiliklərin
qarşısının alınması üçün səylərin
göstərilməsi vacibdir.
Xocalı
soyqırımının dünyada tanınmasının ildən-ilə
genişləndiyini qeyd edən E.Abdullayev demişdir:
"İnsanlığa qarşı bu qəddar cinayətlərin
günahkarları əməllərinə görə cavab verəcəklər.
Bu, Azərbaycan xarici siyasətinin prioritetlərindən
biridir".
Azərbaycan.-2013.- 20 fevral.- S.2.