Şərəf və ləyaqətini erməni
bazarında hərraca çıxarmış daş
yuxulu adam
Nəhayət ki, 76 il bizimlə çıyın-çıyınə addımlasa da, içdiyimiz suya, yediyimiz çörəyə, udduğumuz havaya şərik çıxsa da, iç dünyasından bixəbər olduğumuz Əkrəm Naibov uzun illər boyu üzündə gəzdirdiyi buqələmun maskanı öz qələminin ucu ilə yırtıb əsl eybəcər sifətini xalqa göstərdi. Bu sıfətin içində gördük onun mənəvi satqınlığını, vətən təəssübündən məhrumluğunu, əqidə dönüklüyünü, riyakarlığını, öz xalqının zəngin, ulu keçmişinə və bugünkü nailiyyətlər toplumuna olan nifrət və qəzəbini.
Milli
soy-kökümüzə ağır zərbə endirən
daş baltaya bənzər "Daş yuxular" Əkrəmin
öz çirkin daxili aləminin kserekopiyasıdır. Düşmən
sifarişi ilə yazılmış təxribat xarakterli bu
qondarma əsərdə (əgər ona əsər demək
olarsa) ali hisslərdən, humanizmdən, insanpərvərlikdən,
bəşərilikdən zərrə qədər əsər-əlamət
yoxdur. Burada uzun illər boyu hüquqları tapdalanmış,
alçaldılıb təhqir edilmiş, yurd-yuvalarından
didərgin salınmış günahsız bir xalqın mənəvi
sarsıntıları və əzab-əziyyətləri
üstündən qara bir xətt çəkilir. Millətimizə
bu əzabları yaşadanlara haqq qazandırılır. Elə
buradaca, öz xalqını dünya qarşısında
aşağılayan, öz ilahi məmləkətinin şərəf
və ləyaqətini ayaqlar altına atıb tapdalayan Əkrəm
Naibov kimi adamcığazların iç dünyası
haqqında yazdığım bir şeirin bəzi
misralarını xatırladım:
Adam
var üzdə adam,
İçdəsə
bir yabıdır.
Üzü
gül dibçəyisə,
İçı
zibil qabıdır.
Namərd
var, dar ayaqda
İçidir qaçar yeri.
Niyə
adil Allahım
Sinə
qapılar üstə,
Beyin qapılar üstə
Qoymayıb açar yerı,
Açıb girək içinə.
Elə ordan başlayaq
İçlərin içindəki
Namərdliyi biçinə,
Satqınlığı biçinə.
Ancaq nə yazıq ki, iç dünyaları tanrıdan başqa heç kəs görə bilmir.
Özünün dediyinə görə, Əkrəm Naibov Azərbaycan tarixinə qara bir ləkə
olan "Daş yuxular"ını 2007-ci ildə
yazıb. Hətta qulağımıza çatan sədalara görə əsərin müxalifətçilər toplumu
olan İctimai Palatada və reneqat ziyalılar korpusunda da geniş
müzakirəsi keçirilib.
Öz mənəvi natəmizliklərinə görə
vaxtilə əyləşdikləri
vəzifə kürsülərindən
didərgin salındıqları,
öz biznes və karyera maraqlarını təmin edə bilmədikləri üçün dövlətdən
incik düşüb,
onunla əks mövqedə dayanan, dövləti dəyərləri
öz maddi dəyərlərinə qurban
verməyə hazır
olan bu reneqatlarda
vətəndaşlıq qeyrəti
və milli təəssübkeşlik olsa
idi, Əkrəmin başına ağıl qoyub, onu bu
çirkin yoldan asanlıqla çəkindirərdilər.
Ancaq çəkindirmədilər. Cünki onların hamısı dini, məzhəbi, məslək və əqidəsi məlum olmayan Əkrəm sifətli adamlardır.
Niyə
özünü dünya
ədəbiyyatının ən
böyük korifeylərindən
biri sayan, günlərini Moskvada, Yazıçılar Birliyinin
restoranında rus və erməni yazıçıları ilə
"ley-peydə" keçirən
Rüstəm İbrahimbəyov
həmin cızma-qaranın
nəşrini dayandırmaq
üçün təşəbbüsdə
bulunmadı? Məgər
Gömrük Komitəsində
şöbə müdiri
vəzifəsində çalışan
oğlu Nəcəf təyyarə ilə təcili Moskvaya uçub, həmin əsəri adı "Xalqlar dostluğu" olsa da, xalqlar
arasındakı dostluq
körpülərini dağıtmaq
yolu tutmuş "Drujba narodov" jurnalından alıb, ermənipərəst redaktorun
gözləri qarşısında
cırıq-cırıq edib
zibil qabına tullaya bilməzdimi? Niyə Rafiq Əliyev bir elm adamı kimi bu yaramaz
əsərin 20 ildən
bəri həsrətlə
gözlədiyimiz Dağlıq
Qarabağ probleminin həllinə ağır zərbə endirəcəyini,
ermənilərin oradakı
yalan, qondarma faktlar toplumundan ustalıqla yararlanacağını
bildiyi halda, Əkrəmin dəli başına ağıl qoyub, onu xalqımızın
ömrü boyu bağışlamayacağı bu çirkin yoldan çəkindirmədi?
Demək
bu adamların hər biri elə
Əkrəm Naibov kimi milli təəssübkeşlikdən,
vətən və xalq sevgisindən məhrum, dövlətimizə
və dövlətçiliyimizə
hər an arxadan bıçaq saplamağa hazır olan çirkin xislətli insanlardır. Onlar ağıldan
səqqət Əkrəmi
ruhlandırıb qabağa
verdilər. Dünyanı Azərbaycana qarşı ayağa qaldırmaq, ermənilərlə azərbaycanlılar
arasında tədricən
sönməkdə olan
düşmənçilik ocağına
benzin töküb, onu yenidən alovlandırmaq, Qarabağ probleminin həllində gərginlik yaratmaq üçün. Onların bu
cür ziddiyyətli mövqe sərgiləmələrinin,
Əkrəm Naibovu müdafiə mövqeyində
qərar tutmalarının,
onun çirkin ideyalarına qahmar çıxmalarının bəlkə
müəyyən səbəbləri
var? Bəlkə onlar bu yaramaz yazıya görə xarıcdəki
ermənilərdən və
ermənipərəst qüvvələrdən
yağlı qrantlar gözləyirlər? Axı bu
cür antiazərbaycançı
qüvvələr üçün
pul, var-dövlət vətəndən, milli dövlətçilikdən qiymətlidir.
Bu gün qədim
Azərbaycan torpağı
olan Ermənistanda nümunə üçün
bir nəfər belə azərbaycanlı yaşamaqığı halda,
Bakıda 30 minə yaxın erməni şad-xürrəm ömür
sürməkdədir. Onlar ki, 20 Yanvar qırğınları
və dünyanın ən böyük faciəsi olan Xocalı soyqırımı
vaxtı öz həmcinsləri olan əliqanlı soydaşlarının
başımıza gətirdiyi
ağlasığmaz bəlaların
canlı şahidləridir.
Söz yox ki, əksəriyyəti
"Drujba narodov" jurnalını köşklərdən
tapıb həmin cılfır əsəri oxuyublar. Bəs niyə onlar qanlı döyüş cəbhələrində 30 minə
yaxın şəhid vermiş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü 23 ildən
bəri ağı deyə-deyə doğma yurd həsrətilə qovrulan Azərbaycan xalqını dağıdıcı
bir qüvvə, Dağlıq Qarabağımızı
və 7 rayonumuzu işğala məruz qoymuş vəhşi bir tayfanı isə günahsız, əzabkeş bir xalq kimi təsvir
edən Əkrəm Naibovun yalan faktlar toplumuna qarşı dünya boyu öz haqq
səslərini qaldırmırlar?
Əgər insan vətəni
satırsa, demək, özü də o satış orbitinin içindədir! Öz doğma xalqını digər xalqlar önündə aşağılayırsa,
demək, özü də aşağılanlarla
bir sıradadır! Niyə Əkrəm bu həqiqəti öz ağıl süzgəcindən
keçirmədi? Millətinin
şərəfinə ləkə
yaxan dərk etməlidir ki, o, hər şeydən əvvəl öz şərəfsizliyinə imza
atır! Əsl vətənpərvər yazıçı, bəşəri
ruhlu qələm sahibi iki düşmən
cəbhəsi arasında
dostluq və qardaşlıq körpüsünə
dönüb, onları
qanlı-qadalı müharibədən
əl çəkib, haqq yoluna, dinclik
və əmin-amanlıq
yoluna qədəm qoymağa səsləyər,
işğalçını ucaldıb, işğal olunanı alçaltmaz.
Günahkarın tərəfində
dayanıb, günahsıza
günah donu biçməz! Əkrəm
Naibov öz "Daş yuxular"ı ilə 5-6 milyonluq şovinist, sionist, terrorçu bir millətin qəlbinə girmək xatirinə 50 milyon azərbaycanlının
və 75 milyon türkün qəlbindən
qovulub heçliyə
qovuşdu!
Zeynal VƏFA
Azərbaycan.-2013.- 20 fevral.- S.7.