«Gömrük ödənişlərinin
qaytarılması Qaydaları»nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 25 Bakı şəhəri, 18
fevral 2013-cü il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.2.9-cu yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Gömrük ödənişlərinin qaytarılması
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu qərarla təsdiq
edilmiş Qaydaların 6.7-ci bəndində nəzərdə
tutulmuş gömrük rüsumlarının
qaytarılması barədə rəyin formasını 10 (on)
gün müddətində təsdiq etsin.
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 21 fevral.- S.1.