Mallardan dövlətin xeyrinə imtina edilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 332-ci maddəsinə əsasən hazırlanmışdır və mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını müəyyən edir.
1.2. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.
1.3. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmir.
1.4. Mallardan dövlətin xeyrinə imtina edilməsi bu Qaydaya uyğun olaraq gömrük orqanının icazəsi ilə həyata keçirilir.
1.5. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.
2. Mallardan dövlətin xeyrinə imtina edilməsi şərtləri
2.1. İxrac gömrük proseduru, son istifadə, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, dövlətin xeyrinə imtina olunanadək gömrük nəzarəti altında olurlar.
2.2. Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz:
2.2.1. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan;
2.2.2. bu Qaydanın əlavəsində göstərilən mallardan;
2.2.3. dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan;
2.2.4. malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan;
2.2.5. yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan.
2.3.
Mallardan dövlətin xeyrinə imtina edilməsi
üçün icazə verilməsinə dair qərar
gömrük orqanının rəhbəri (onu əvəz edən
şəxs) tərəfindən qəbul edilir.
2.4.
Gömrük orqanları daşıyıcıya, anbar sahibinə
və ya başqa şəxslərə malların
daşınması, saxlanılması, yüklənməsi və
digər əməliyyatların aparılması ilə
bağlı xərcləri ödəmir.
2.5.
Qanunvericiliklə müəyyən edilmiş hallarda
gömrük ərazisinə gətirilməsinə və bu ərazidən
aparılmasına məhdudiyyət qoyulmuş mallardan dövlətin
xeyrinə imtina edilməsi müvafiq icazə sənədlərinin
təqdim edilməsi şərtilə həyata keçirilir.
3. Mallardan dövlətin xeyrinə
imtina edilməsi zamanı gömrük rəsmiləşdirilməsinin
aparılması
3.1.
Dövlətin xeyrinə imtina edilən malların
gömrük rəsmiləşdirilməsi həmin malların
yerləşdiyi ərazi gömrük orqanında
gömrük nəzarəti zonasında həyata
keçirilir.
3.2.
Mallardan dövlət xeyrinə imtina edilərkən sənədlər
gömrük orqanına elektron və ya kağız üzərində
yazılı formada verilə bilər.
4.
Yekun müddəalar
4.1.
Mallardan dövlətin xeyrinə imtina edən şəxs malları öz vəsaiti
hesabına gömrük orqanının təyin etdiyi yerə
gətirməlidir.
4.2.
Şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət
mülkiyyətinə keçirilmiş mallardır və onlar
barədə sərəncam verilməsi Gömrük Məcəlləsinin
57-ci fəslinə uyğun qaydada həyata keçirilir.
4.3.
Bu Qaydaya uyğun olaraq, mallardan dövlətin xeyrinə imtina
edildikdə, həmin mallar üzrə yaranmış
gömrük borcu ləğv edilir.
Azərbaycan.-2013.- 21 fevral.- S.2.