Azərbaycan nümayəndə heyəti Bosniya Herseqovinada səfərdə olmuşdur

 

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olmuşdur.

İqtisadi İnkişaf Nazirliyindən AzərTAc-a bildirmişlər ki, səfərin ilk günündə - fevralın 18-də Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan nümayəndə heyəti ilə görüşmüşdür.

İqtisadi əlaqələrin mövcud vəziyyətinin, əməkdaşlığın inkişafı perspektivlərinin müzakirə edildiyi görüşdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bosniya və Herseqovinanın Serb Respublikasının İqtisadi İşlər və Regional Əməkdaşlıq Nazirliyinin təşkilatçılığı ilə Bosniya və Herseqovina-Azərbaycan biznes forumu keçirilmişdir.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida, bankçılıq, tikinti, neft, turizm və digər sahələrdə fəaliyyət göstərən adamları iştirak etmişlər.

Biznes forumda Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikiştirak etmişdir.

Bosniya və Herseqovinanın Serb Respublikasının Baş naziri Aleksandar Combiç çıxış edərək biznes forumişgüzar görüşlərin adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığını, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznesinvestisiya mühitinə malik olduğunu vurğulamış, adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizdə BosniyaHerseqovina, o cümlədən Serb Respublikası ilə əməkdaşlığın inkişafına önəm verildiyini diqqətə çatdırmış, son zamanlar əlaqələrin daha da inkişaf etdiyini vurğulamışdır. Azərbaycan ilə BosniyaHerseqovina arasında siyasi əlaqələr yüksək səviyyədədir, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Əməkdaşlığın inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir.

Qeyd edilmişdir ki, Bakı və Sarayevo 1972-ci ildən qardaşlaşmış şəhərlərdir, Bakıda Sarayevo küçəsi vardır, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası fəaliyyət göstərir, ötən il Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılmışdır.

İqtisadi və ticarət əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıq imkanlarının yaranması baxımından biznes forum, təqdimat, sərgi və digər tədbirlərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev 2012-ci ilin oktyabrında Bakıda Azərbaycan-Bosniya və Herseqovina biznes forumunun keçirildiyini, tədbirdən qısa müddət ötməsinə baxmayaraq, növbəti biznes forumun Banyaluka şəhərində təşkil olunduğunu diqqətə çatdırmışdır.

Biznes forumda nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan siyasimakroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısıdır.

Nazir Şahin Mustafayev, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, münaqişə ilə bağlı ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini diqqətə çatdırmışdır.

Sonra Azərbaycanın və Bosniya və Herseqovinanın Serb Respublikasının iqtisadiyyatına, biznesinvestisiya imkanlarına dair təqdimatlar keçirilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Tədbir adamları arasında ikitərəfli görüşlərlə başa çatmışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinanın Serb Respublikasının Baş naziri Aleksandar Combiç, iqtisadi işlər və regional əməkdaşlıq naziri Jelka Tsviyanoviç ilə görüşmüşdür.

Görüşlərdə Azərbaycan-Bosniya və Herseqovina, o cümlədən Serb Respublikası ilə iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Səfərin ikinci günü - fevralın 19-da Azərbaycan nümayəndə heyəti Sarayevo şəhərində yerləşən "Dostluq parkı"nda olmuş, Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşdur.

Azərbaycan nümayəndə heyəti Sarayevoda Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzdə olmuşdur.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşündə ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinin perspektivləri müzakirə edilmişdir.

Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mövqeyini bir daha diqqətə çatdırmış, XX əsrin ən böyük faciələrindən biri - Xocalı soyqırımının təfərrüatları barədə məlumat vermişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşmüşdür.

 Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, əməkdaşlıq imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin Bosniya və Herseqovinanın Parlament Assambleyasının sədr müavini Deniz Beçiroviç ilə  görüşündə isə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 21 fevral.- S.4.