«Ukrinform» Dövlət
İnformasiya Agentliyinin
saytında Xocalı
soyqırımı haqqında geniş məqalə yerləşdirilmişdir
Ukraynanın "Ukrinform"
Dövlət İnformasiya Agentliyinin saytında "Xocalı
soyqırımı bəşəriyyət
əleyhinə cinayətdir"
sərlövhəli material yerləşdirilmişdir. Ukrayna və
rus dillərində verilmiş materialı Azərbaycanın
Ukraynadakı səfirliyi təqdim etmişdir.
AzərTAc
xəbər verir ki, ermənilərin Azərbaycan
xalqının başına gətirdiyi
vəhşiliklərdən söz açan materialda azərbaycanlıların
ermənilər tərəfindən amansızcasına qətlə
yetirilməsi barədə dünya mətbuatının
yazıları yerləşdirilmişdir. Materialda
vurğulanır ki, getdikcə daha çox ölkə
Xocalı faciəsini soyqırımı kimi tanıyır.
Material
əcnəbi, o cümlədən erməni fotoqrafların
çəkdikləri fotoşəkillərlə müşayiət
olunur.
Sonda
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın
işğal edilmiş ərazilərinin
azad olunmasını tələb edən qətnamələrinin
yerinə yetiriləcəyinə ümid ifadə olunur.
Materialla
aşağıdakı linklər vasitəsilə tanış
olmaq mümkündür:
httr://www.ukrinform.ua/ukr/news/hodgalinska_tragediya___zlochin_rroti_lyudstva_1798541
httr://www.ukrinform.ua/rus/news/hodgalinskaya_tragediya___
rresturlenie_rrotiv_chelovechestva_1491714
Azərbaycan.-2013.- 21 fevral.- S.6.