Astanada rus dilində
nəşr edilən «Turan Times»
qəzetinin
mart nömrəsi Xocalı faciəsinə
həsr olunmuşdur
Astanada rus dilində nəşr edilən "Turan Times" qəzetinin mart nömrəsi Xocalı faciəsinə həsr olunmuşdur.
Bu nömrədə Xocalı faciəsi, onun yaranma səbəbləri, bir gecənin içində erməni qaniçənlərinin keçmiş sovet ordusunun Xankəndidə dislokasiya edilmiş 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalının yer üzündən silinməsi haqqında geniş materiallar verilmiş, şahidlərin ifadələri yer almış, o dəhşətli anları əks etdirən şəkillərdən istifadə olunmuşdur. Qəzetin baş redaktoru Vidadi Salahov bildirmişdir ki, 10 il əvvəl Qazaxıstanda əhalinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında təsəvvürü olmadığı halda, hazırda bu barədə hər kəs məlumatlıdır. Bu işdə bizim qəzetin də rolu vardır. İndiyədək Azərbaycanın bu tipli problemləri ilə əlaqədar qəzetin səhifələrində 200-dən artıq müxtəlif məqalə verilmişdir.
Qulu KƏNGƏRLI,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.-2013.- 21 fevral.- S.6.