Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Yeddi
min nəfər əhalinin yaşadığı 8
yaşayış məntəqəsini birləşdirən
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Qax Rayon İcra Hakimiyyətinə
ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 fevral
2013-cü il
Azərbaycan.-2013.- 23 fevral.- S.1.