Amerikada çıxan «The
Hill» qəzeti Xocalı
qırğınından yazır
Amerikada
çıxan nüfuzlu
"The Hill" qəzetinin 21 fevral tarixli nömrəsində ABŞ Azərbaycanlılar
Şəbəkəsinin (USAN) həmtəsisçisi və
icraçı direktoru
doktor Adil Bağırovun "Xocalı
qırğını tanınmalıdır"
sərlövhəli məqaləsi
dərc edilmişdir.
Birləşmiş Ştatlar müstəqillik
əldə etdiyi dövrdən Amerikaya immiqrasiyanın əsas səbəblərindən biri
insanların sabit hüquqi, siyasi və iqtisadi şərait axtarışları
olmuşdur. Əksəriyyəti
qaçqınlardan ibarət
olan immiqrantlar
Amerikanı müharibələrdən,
insanlığa qarşı
cinayətlərdən və
etnik təmizləmələrdən
uzaq, təhlükəsiz
sığınacaq hesab
edirlər.
Müəllif yazır: "1992-ci il
fevralın 25-i gecəsi
törədilmiş Xocalı
qırğını indiyə
qədər Avropada törədilmiş ağır
hərbi cinayətlərdən
biri olmuşdur. O vaxt Ermənistanın indiki prezidentinin və indiki müdafiə nazirinin başçılıq etdiyi
Ermənistan silahlı
qüvvələri Azərbaycanın
Xocalı şəhərində
insanlığa qarşı
cinayət törətmiş,
613 nəfər etnik azərbaycanlını, həmçinin
Məhsəti türklərini,
kürdləri və digər xalqların nümayəndələrini qətlə
yetirmişlər".
A.Bağırov yazır: "Ermənistanın
indiki prezidentinin sonralar həyasızcasına
etiraf etdiyi kimi, Xocalı qırğını erməni
qoşunlarının Azərbaycana
qarşı hərbi təcavüz zamanı dinc sakinlərə toxunmayacağına inam barədə "stereotipi
aradan qaldırmışdır".
Azərbaycanın dinc
əhalisini kütləvi
şəkildə qətlə
yetirməkdə təqsirkar
olanların heç biri, o cümlədən bu qırğının digər erməni iştirakçıları, silahsız
azərbaycanlılara qarşı
törədilmiş vəhşiliklərin
təfsilatını işğaldan
sonra şərh edənlər hələ də cəzalandırılmamışdır.
Hərçənd, beynəlxalq
kütləvi informasiya
vasitələri və
hüquq-müdafiə təşkilatları
bu cinayəti kəskin pisləmişlər.
ABŞ-ın azərbaycanlılar
icması Xocalı qırğınının günahsız
qurbanlarının xatirəsini
hər il ehtiramla yad edir,
bütün ölkədə
aksiyalar və tədbirlər keçirir,
bu faciə barədə Amerika ictimaiyyətini məlumatlandırır".
Məqalə müəllifi yazır:
"Bu il yanvarın
26-da ABŞ azərbaycanlılarının
aparıcı təşkilatı
olan ABŞ Azərbaycanlılar
Şəbəkəsi (U.S.Azeris
Network) Ağ Evin saytındakı "We the People" bölməsində Xocalı
qırğınının qurbanlarının xatirəsinə
həsr edilmiş petisiya kampaniyasına başlamış və
30 gündən az müddətdə 125 min nəfər
bu petisiyanı imzalamışdır". Petisiyanı
imzalayanlar arasında
ABŞ Azərbaycanlılar İcmasının nümayəndələri,
onların dostları,
qohumları, habelə
bu cinayətin təfsilatı ilə tanış olmuş sadə amerikalılar vardır.
Bu petisiya Obama administrasiyasını
Xocalı qırğınının
qurbanlarının xatirəsini
formal şəkildə yad
etməyə çağırır.
Məqalə müəllifi
daha sonra ABŞ Prezidenti Barak Obamanın nəyə görə belə etməli olmasının səbəblərini
izah edir. A.Bağırov yazır:
"Əvvələn, ABŞ etik dəyərlərin müdafiəsini dəstəkləyən
dövlət, insan hüquqlarının və
demokratiyanın əməli
işdə müdafiə
olunmasının tərəfdarı
hesab edilir və Xocalıda həlak olmuş 613 nəfərin, min nəfərdən
çox yaralı və girovun, habelə ölkə əhalisinin təqribən
10 faizini təşkil
edən bir milyona yaxın azərbaycanlı qaçqın
və məcburi köçkünün xatirəsinə
diqqətin bundan parlaq sübutu ola bilməz".
Müəllif yazır: "İkincisi,
ABŞ Konqresi 2010-cu il
soyqırımına görə
məsuliyyət haqqında
qanun, habelə bəşəriyyətə qarşı
cinayətlər haqqında
qanun qəbul etməklə bu məsələlərə diqqətini
nümayiş etdirmişdir.
Bundan əlavə,
ABŞ yeganə ölkədir
ki, "azərbaycanlıları təqib
etmək üçün"
silahlılar cəlb etməsini və onları silahla təmin etməsini boynuna almış, ABŞ
Daxili Təhlükəsizlik
Nazirliyinin qərarına
əsasən, bəşəriyyətə
qarşı cinayətlərdə
ittiham edilmiş Vigen Patatatyan ad-soyadlı erməni leytenantı (Qarabağ müharibəsinin iştirakçısını)
deportasiya etmişdir.
Üçüncüsü, Azərbaycan amerikalılar üçün
həm də ABŞ-ın müttəfiqi kimi böyük əhəmiyyət kəsb
edir. Azərbaycan əsgərləri Kosovo, İraq
və Əfqanıstanda
Amerika əsgərləri
ilə çiyin-çiyinə
xidmət etmişlər.
Nəhayət, dünyanın
bir neçə ölkəsi, o cümlədən
Çexiya, Almaniya,
Pakistan, Kolumbiya və
Meksika, habelə
ABŞ-ın Massaçusets,
Texas, Men, Nyu-Cersi, Arkanzas
və Nyu-Meksiko ştatları Xocalı soyqırımını formal baxımdan
tanımışlar.
A.Bağırov vurğulayır: "Bundan əlavə, lap yaxın vaxtlarda Nümayəndələr Palatasının
spikeri Con Beyner (Ohayo ştatı) Nümayəndələr
Palatasının xarici
işlər komitəsinə
memorial sorğu təqdim
edərək Xocalı
qırğınının 21-ci ildönümünü qeyd
etməyə çağırmışdır."
A.Bağırov Vaşinqtonun inzibati
dairələrində ən
çox oxunan "The
Hill" qəzetində dərc
edilmiş məqaləsində ABŞ administrasiyasını
Xocalı faciəsini etiraf etməyə çağırmışdır.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 23 fevral.- S.6.