Gənc dramaturq rejissorlar laboratoriyası yaradılır

 

Hər bir xalqın mədəniyyətinin formalaşmasında teatrın mühüm rolu var. Ən qədim tarixə malik meydan tamaşalarının Azərbaycanda qorunub saxlanması  məhz bu amilə əsaslanır. Həyatın güzgüsü olan teatr tarixlər arasında mədəni  mənəvi körpü olduğundan, onun yaşadılması vacib məsələlərdən hesab edilir. Milli teatrımızın təşəkkülündən bu günədək keçdiyi yol keşməkeşli olsa da, şərəflidir. Lakin nəsillər dəyişdəkcə tetra münasibət fərqlənir. Köhnəliklə yeniliklər arasında gedən mübarizə burada da özünü mütləq mənada göstərir.

Teatr Xadimləri İttifaqında gənc rejissor dramaturqlardan ibarət yeni laboratoriya fəaliyyətə başlayıb. Laboratoriyanın rəhbəri xalq artisti Cənnət Səlimovadır. Yaradıcılıq laboratoriyasının yaradılmasında məqsəd ölkədə rejissorluq sənətinin nüfuzunu qaldırmaq peşəkar kadrlar hazırlamaqdır. Müxtəlif teatr truppalarından gənc rejissorlar, professional fəaliyyətə başlamaq istəyənlər bu laboratoriyada cəmləşəcəklər.

Laboratoriyada gənclərə tapşırıqlar veriləcək. Onlar dramaturqlarla bərabər işləyərək tamaşalar hazırlayacaq bunu Teatr Xadimləri İttifaqının səhnəsində nümayiş etdirəcəklər.

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov bildirir ki, tarixi şərəfli yol keçmiş teatrın gələcəyini  təmin etmək üçün yeni nəslin üzərinə böyük məsuliyyət düşür. Ona görə istədik ki, gənclərin potensialını üzə çıxarmaq üçün onları şəraitlə təmin edək. Buna görə "gənc dramaturq rejissorların yaradıcılıq laboratoriyası" yaratmaq qərarına gəldik: "...Doğrudur, Teatr Xadimləri İttifaqında iki ilə yaxındır ki, "M.F.Axundzadə dərsləri" keçirilir. Bu da təbii ki, maarifçilik nöqteyi-nəzərdən gənclərin səhnə sənətini daha dərindən mənimsəməsində, mühüm əhəmiyyət daşıyır. Bugünkü tədbirin məqsəd məramı gənclərin yaradıcılıq laboratoriyasının yaradılmasını konkretləşdirməkdir".

Xatırladaq ki, "dəyirmi masa" xarakteri daşıyan "ilk dərs"də Gənc Tamaşaçılar Teatrının gənc rejissorlarından Kifayət Məmmədova, Gülnar Nağıyeva, YUĞ-dan Aytən Məmmədova, Şuşa Dövlət Teatrından Elşən Zeynalov, Pantomimo Teatrından Nargilə Qəribova, Ceyhun Dadaşov Bəhruz Vaqifoğlu ilə yanaşı, gənc dramaturqlar (Şəbnəm Xeyrulla, Arzu Soltan, Yasmina Məlikova, İsmayıl Asif İmanovlar, Təranə Məmmədova, Ülviyyə Heydərova) da iştirak etdilər.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 23 fevral.- S.7.