Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident!
Estoniya Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
genişləndirilməsi istiqamətində
bundan sonra da birgə səylər
göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Estoniya
xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 fevral 2013-cü il
Azərbaycan.-2013.- 24 fevral.- S.1.