Kanadanın Ottava şəhərində
Xocalı soyqırımı qurbanlarının
xatirəsi yürüş ilə anılmışdır
Fevralın
22-də Kanadanın Ottava şəhərində Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar
yürüş keçirilmişdir.
Kanada parlamentinin qarşısından başlayaraq, Ermənistanın Ottavadakı səfirliyinədək davam edən yürüşdə Ottava, Monreal, Toronto və Vaterloo şəhərlərində yaşayan soydaşlarımız, eləcə də həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Yürüş
zamanı 1992-ci il fevralın 26-da Xocalıda erməni hərbçiləri
tərəfindən azərbaycanlılara qarşı törədilmiş
cinayətlər və 1988-ci ildən davam edən
işğala qarşı şüarlar səsləndirilmiş,
Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri
paylanılmışdır. Yürüş
iştirakçıları Ermənistan tərəfindən həyata
keçirilən işğalçı siyasətə son
qoyulmasını tələb etmiş, Kanada parlamentini
Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə
çağırmışlar.
AzərTAc
Azərbaycan.-2013.- 24 fevral.- S.4.