«RİA-Novosti» agentliyi azərbaycanlı həmkarlarını qarşıdurmaya dəvət edir

 

Vadim Dubnovun "Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrəşmişdir" adlı məqaləsində (httr://ria.ru/analytics/20130225/924455511.html) faktoloji xarakterli çoxlu səhvlər olması bir yana, üstəlik, bu məqalə Rusiyanın "RİA-Novosti" dövlət (!) xəbər agentliyinin saytında dərc edilmişdir. Düzdür, materialın lap sonunda redaksiya yöndəmsiz şəkildə özünü sığortalamağı qərara alaraq "müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər" qeyd-şərtini etmişdir, lakin yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının dövlət agentliyinə namünasib suallar hökmən veriləcəkdir.

Bağışlayın, məgər bu Rusiya hökumətinin mövqeyidir? Dövlət büdcəsindən maliyyələşdirilən xəbər agentliyi Azərbaycanın Dağlıq Qarabağ regionunun inzibati mərkəzini haçandan Xankəndi əvəzinə "Stepanakert", Xocalı aeroportunu "Stepanakert aeroportu" (görəsən, bu aeroport tarixdə haçan belə adlanmışdır), vilayətin əhalisinin düz üçdəbir hissəsi doğma evlərindən zorla qovulması səbəbindən onların qondarma "seçkilərdə" iştirakı olmadan formalaşdırılmış dəstəni "parlament"  adlandırır?

Bəlkə biz də dövlət agentliyi kimi "RİA-Novosti"dən olan həmkarlarımızdan nümunə götürərək Qroznı əvəzinə "Cövhər" və Çeçenistan əvəzinə "İçkeriya" adlarından istifadə edilən material hazırlayaq, materialın sonunda isə yazaq: "Bilirsinizmi, həmkarlar, bizə acıqlanmayın, axı müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər".

 

Necədir?!

 

Rusiyada belə hərəkətlərə yol verilməsi ilk dəfə deyildir. 2012-ci il martın 21-də Rusiya Strateji Araşdırmalar İnstitutunda (RSAİ) "Yaxın Şərqdə və postsovet məkanında Türkiyə amili" mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilmişdi. Bu tədbir həm öz tərkibinə, həm də buraxdıqları materialların məzmununa görə çox şübhə doğuran rus-erməni birliyi ilə birgə təşkil edilmişdi. Bu təşkilatın mahiyyəti barədə təkcə onu demək kifayətdir ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlarına görə RF XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan biabırçı şəkildə qovulmuş qalmaqallı Vladimir Zaxarov bu qurumun üzvüdür. Əlbəttə, RSAİ öz tədbirlərini təşkil etmək üçün özünə necə tərəfdaşlar seçməsi bizim işimiz deyil, lakin həmin tədbirə qatı separatçı Fəxrəddin Aboszoda ilə yanaşı, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən olan "DQR xarici işlər nazirinin məsləhətçisi"nin (dırnaq işarəsi bizimdir, orijinalda dırnaqsızdır) də dəvət edilməsi (onun ad-soyadını bildirmirlər) və qonaqları RSAİ-nin direktoru, bu vəzifəyə Rusiya Federasiyası Prezidentinin fərmanı ilə təyin edilmiş Leonid Reşetnikovun şəxsən salamlaması faktının bizə birbaşa aidiyyəti vardır.

Bağışlayın, bunu necə başa düşək? Bəlkə bizbu hoqqabazlığa cavab olaraq Doku Umarovun həmkarlarını Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə (SAM) dəvət edək və onları "İçkeriya Çeçen Respublikası"nın rəsmi şəxsləri kimi təqdim edək? RF XİN tərəfindən göndərilə biləcək diplomatik notaya cavab olaraq bizstandart cavab hazırlaya bilərik: "Bu münaqişədə Azərbaycanın mövqeyi dəyişməmişdir: Bakı Çeçenistan münaqişəsinin sülh yolu ilə hər iki tərəfi qane edən həllinə tərəfdardır". Görəsən bu, bizim rusiyalı tərəfdaşlarımızın xoşuna gələrmi?

Bəlkə, biz Boris Berezovskini SAM-a dəvət edək? Yaxud Dağıstan Əmirini elə belə , yəni, dırnaq işarəsindən istifadə olunmadan təqdim edək? Bəlkə biz guya "təsadüfən" Kuril adalarını RF xəritəsindən çıxaraq ya onları, bəzən "RİA-Novosti"nin öz materiallarında Azərbaycan xəritəsinə münasibətdə etdiyi kimi həmin adaları mübahisəli ərazilər kimi göstərək? Sonda da formal surətdə qeyd edək ki, material müəllifinin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

"RİA-Novosti" yazır: "Qarabağ tanınmamış olsa da, tamamilə formalaşmış dövlətdir". Nə müəllif, nə də redaksiya ən sadə bir sual üzərində fikirləşmir: Görəsən dünyanın hansı hissəsində ikinci bir "tamamilə formalaşmış dövlət" var ki, onun büdcəsi bütünlüklə başqa dövlətin büdcəsinə inteqrasiya edilmiş, özünün nə valyutası var, nə də xarici pasportu? Ey həmkarlar, siz başqa dövlətin - Ermənistanın xarici pasportu ilə dünya ölkələrinə səfərlər edən "tamamilə formalaşmış dövlətin prezidenti"ni harada görmüsünüz? Qarabağ heç vaxt dövlət olmamışdır, dövlət deyildirheç vaxt olmayacaqdır - istər formalaşmış, istərsə də formalaşmamış. Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın işğal edilmiş hissəsi kimi tanınmışdır və onun ən adekvat xarakteristikası bu yaxınlarda Britaniya parlamentinin bir qrup deputatı tərəfindən verilmişdir - 'claimed to be "independent", but de-facto annexed by Armenia'. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun, "RİA-Novosti"nin materiallarında (bax: məsələn http://ria.ru/world/20121212/914494136.html, http://ria.ru/world/20130110/917586887.html, http://ria.ru/politics/20120908/745975658.html və b.) dırnaqsız "Dağlıq Qarabağ Respublikası" adlanan bölgənin bugünkü statusu 1941-45-ci illərdə nasistlər tərəfindən işğal edilmiş Ukraynanın yerində yaradılmış qondarma "Ukrayna Reyxkomissariatı"nın (Reichskommissariat Ukraine) statusuna identikdir!

Özünü guya "neytral" kimi göstərən "RİA-Novosti" agentliyi 25 illik yubileylərdən söhbət açmaqla erməni tərəfin susmağa çalışdığı, əsrin dörddəbiri qədər tarixi olan bütün hadisələri heyrətamiz şəkildə siyahıdan silmişdir, məsələn: 1987-ci ilin noyabrından 1988-ci ilin yanvarına qədər Qafan, Mehri və Masisdə azərbaycanlılara qarşı İLK talanlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində İLK qaçqınların oradan deportasiya edilməsi; 1988-ci ilin fevralında Əsgəranda iki azərbaycanlı gəncin ermənilər tərəfindən qətlə yetirilməsi, həmin gənclərin bu qanlı münaqişədə İLK qurbanlar olması; Sumqayıt qırğınında cinayətkar erməni Eduard Qriqoryanın və onun əlaltıları olan iki nəfər başqa erməninin iştirakı ilə öldürülmüş 26 ermənidən yeddisinin şəxsən E.Qriqoryan tərəfindən həyatdan məhrum edilməsi; İttifaq dövlətini laxlatmağa başlamış İLK kütləvi tətillər, DQMV-də ictimai asayişin pozulması və ictimai itaətsizlik - Prezident V.Putin İttifaq dövlətinin süqutunu özünün şəxsi faciəsi adlandırmışdı (buna görə ermənilərə ayrıca "sağ ol" düşür); SSRİ tarixində ilk dəfə buya digər milli azlığın müttəfiq respublika ərazisindən tamamilə deportasiya edilməsi - 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-dən azərbaycanlıların tamamilə çıxarılması.

Agentlik bütün bu "yubiley" hadisələri barədə susmağı üstün tutur.

Amma əvəzində iki yüz il bundan əvvəl imzalanmış Gülüstan müqaviləsi haqqında yazır, sanki bundan əvvəl 1805-ci ildə   Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması haqqında Qarabağın azərbaycanlı (!) hökmdarı İbrahimxəlil xangeneral Sisianov tərəfindən imzalanmış Kürəkçay müqaviləsi olmayıbmış. Bu halda ermənilərin nə Gülüstan müqaviləsinə, nə də Kürəkçay müqaviləsinə heç bir aidiyyəti olmamışdır, buna görə də ermənilərin bu il məhz nəyi qeyd etməyə hazırlaşması o qədər də aydın deyildir. Xüsusən ona görə ki, Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov tərəfindən həyata keçirilmiştarixçi Qlinka tərəfindən müfəssəl təsvir edilmiş hadisə - onların əcdadlarının Qarabağda və İrəvanda kütləvi şəkildə məskunlaşdırılması Gülüstan müqaviləsindən 15 il sonra - 1828-ci il Türkmənçay müqaviləsi imzalanandan sonra başlanmışdır.

Aydındır ki, müəllif bütün bunları bilmir. Birki, haradan bilsin - axı, qonaqpərvər "qarabağlılar" onu Marquşevan kəndində hələ münaqişə başlanana qədər ermənilərin İrandan Qarabağa köçürülməyə başlanmasının 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılmış və onun açılışından 10 il sonra separatistlər tərəfindən tez-tələsik məhv edilmiş memorialın olduğu yerə aparmamışlar! Buna baxmayaraq, o, faktları lazımınca öyrənmədən tarixi mövzularda yazmağa risk edir.

"RİA-Novosti" aydın olmayan bir məqsədlə ermənilərin 1994-cü il haqqında xatirələrinə istinad edir. Onların sözlərinə görə, o vaxt Moskva "Qarabağ" ordusunun (əslində Ermənistan ordusunun) Bakıya, yaxud heç olmasa Gəncəyə gedib çatmasına imkan verməmişdi. Yaxşı ki, heç olmasa Gəncə adını düzgün yazıblar, bu şəhərin erməni adı barədə erməni təbliğat-təşviqat ideoloqlarından soruşmayıblar (axı, ermənilər hər ehtimala qarşı dünyanın bütün şəhərləri və günəş sisteminin bütün planetləri üçün ehtiyat kimi erməni adları hazırlayıblar).

Biz isə bəzən 1920-ci ili xatırlayırıq, o vaxt 11-ci qızıl ordu tərəfindən Ermənistanın sovetləşdirilməsi Kazım Qarabəkirin ordusuna adı da saxta olan, Rusiya imperatoru tərəfindən 1828-ci ildə keçmiş İrəvan xanlığının ərazisində süni şəkildə yaradılmış "Ermənistan" psevdodövlətini dünya xəritəsindən silməyə imkan verməmişdi. Beləliklə, gəlin xatirələrimizi ürəyimizdə saxlayaq, yoxsa 1920-ci il Aleksandropol müqaviləsi də yada düşəcək, ermənilər bu müqaviləni nədənsə o qədər də həvəslə xatırlamırlar.

Bizi bir məsələ də maraqlandırır, "Ramil Səfərov" adı ilə tanış olan "RİA-Novosti" bu günə qədər Ermənistanda qəhrəmanlar kimi qələmə verilən beynəlxalq terrorçular Varujan QarabedyanAmpiq Sasunyan haqqında, mənfur qatil Qurgün Yanikyan, nasist generalları DroNjdeonlara oxşar alçaq uşaq qatilləri haqqında neçə material buraxmışdır? Əgər redaksiyanın bu adları ilk dəfə eşitməsi məlum olarsa, biz təəccüblənmərik.

Onu da bilmək istərdik ki, "RİA-Novosti" redaksiyası, yeri gəlmişkən bu gün qeyd edilən Xocalı soyqırımının ildönümü ilə bağlı hansı materialı hazırlamışdır? Öz xüsusi müxbiri Vadim Dubnovu Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazisinə göndərmiş və bununla da onun adını ölkəmizin Xarici İşlər Nazirliyinin qara siyahısına düşməsinə şərait yaratmış agentliyin rəhbərləri özünün daha bir xüsusi müxbirini Bakıya göndərə bilməzdimi ki, o, həmin dəhşətli qırğından sağ çıxmış Xocalı sakinləri ilə görüşsün və faciənin ildönümü ilə əlaqədar material hazırlasın? 

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 26 fevral.- S.2.