Xocalı soyqırımının ildönümü ilə bağlı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti
birgə tədbir keçirmişlər
Ankaradakı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti Qazaxıstanın Əhməd
Yasəvi və Qırğızıstanın Manas
universitetlərinin də
iştirakı ilə
Xocalı soyqırımının
21-ci ildönümü ilə
bağlı telekörpü
vasitəsilə "Xocalı
qətliamı: Böyük
cinayət" adlı
birgə tədbir keçirmişlər. Tədbir "TRT Avaz" və İctimai Televiziya ilə yayımlanmışdır.
Qazi Universitetinin
qarşısında Xocalıda
həlak olmuş 613 dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq ağaclarda Türkiyə və Azərbaycan bayraqlarının təsviri
olan 613 palıd yarpağı asılmışdır. Tədbir iştirakçıları
soyqırımı qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransda
Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberber, Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Qazaxıstanın
Əhməd Yasəvi
Universiteti rektorunun müavini, professor Salih Aynural, Qırğızıstanın
Manas Universitetinin rektoru Səbahaddin Balçı və tələbələr
XX əsrin ən dəhşətli qətliamlarından
biri olan Xocalı soyqırımının
bütün türk dünyasının faciəsi
olduğunu vurğulamışlar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov bildirmişdir
ki, bu əlamətdar
tədbirdə Azərbaycan,
Türkiyə, Qazaxıstan
və Qırğızıstanın
ali təhsil ocaqlarının nümayəndələri
birlikdə bütün
dünyada Xocalı soyqırımının tanıdılması
üçün mühüm
çağırış səsləndirmişlər.
Azərbaycan dövlətinin Xocalı soyqırımının tanıdılması
sahəsində gördüyü
işlərdən bəhs
edən Ə.Həsənov
demişdir ki, fevralın 25-də Çexiya
parlamenti də Xocalı soyqırımını
tanımışdır. Bundan başqa, əvvəllər
3 ölkənin
- Kolumbiya, Meksika
və Pakistanın parlamentləri, habelə
ABŞ-ın 7 ştatı
Xocalı soyqırımını
tanımışdır. Ulu öndərlər
Heydər Əliyev və Mustafa Kamal Atatürkün qardaş xalqlarımıza vəsiyyət
etdikləri kimi, ölkələrimizin bir-birinə
dəstəyi davam edir. Bu gün Türkiyə Prezidenti
Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Baş
nazir Rəcəb Tayyib Ərdoğanın diqqət və
qayğısı ilə görülən işlər bunun bariz nümunəsidir. Gənclərimiz sosial şəbəkələr,
müasir informasiya texnologiyalarının imkanlarından istifadə
etməklə dünyanın müxtəlif ölkələrindəki
həmyaşıdları arasında Xocalı soyqırımının
tanıdılması üçün səylərini
artırmalıdırlar. Biz,
güclünün haqlı olduğu deyil, haqlının
güclü olduğu bir dünya qurmalıyıq.
Daha sonra
çıxış edən Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə
Paşayeva Xocalı soyqırımının tanıdılması,
Türkiyə və Azərbaycan dövlətlərinin,
qeyri-hökumət təşkilatlarının bu sahədə
apardığı işlərdən bəhs etmişlər. Vurğulanmışdır ki, bu gün Azərbaycan
qüdrətli iqtisadiyyata və güclü orduya malik olan,
beynəlxalq nüfuzu getdikcə artan bir ölkədir.
Sonra tədbir
iştirakçıları Qazi Universitetində incəsənət
fakültəsinin dekanı, professor Alev
Kurunun rəhbərliyi ilə hazırlanmış
"Xocalı qətliamı: Böyük cinayət" sənədli
filminə baxmışlar.
Tədbirin
iştirakçıları Xocalı soyqırımını
əks etdirən Funda İyice Tuncelin rəsm sərgisi ilə
də tanış olmuşlar.
Oqtay
BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2013.- 27 fevral.- S.2.