Azərbaycan Respublikası Rusiya Federasiyasına nota vermişdir

 

Fevralın 26-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə M.Məmmədquliyev Xocalı soyqırımının ildönümü ərəfəsində - fevralın 25-də Rusiyanın "Ria-Novosti" dövlət informasiya agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" sərlövhəli məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq narahatlıqla qarşılandığını demişdir.

Nazir müavini qarşı tərəfin diqqətinə çatdırmışdır ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-ində  yayılması hallarının son vaxtlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Vurğulanmışdır ki, Azərbaycana qarşı belə məlumatın məhz Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsi xüsusilə təəssüf hissi doğurur ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə salır.

Məqalədə həmçinin reallığın əks olunmadığı, separatçılığa ekstremizmə çağırışların səsləndiyi, ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu Rusiya səfirinin diqqətinə çatdırılmışdır.

Azərbaycan rəsmisi 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında imzalanmış "Dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"nin 5-ci maddəsində hər iki dövlət tərəfindən separatizmin bütün təzahürlərinin pisləndiyinin, bir-birinin suverenliyinə, müstəqilliyinə ərazi bütövlüyünə qarşı yönəldilmiş separatçı hərəkətləri dəstəkləməmək, habelə öz ərazisində təşkilatların qrupların yaradılmasının, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan etmək qarşısını almaq öhdəliyinin əks olunduğunu xatırlatmışdır.

Görüşdə Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yer almış təxribat xarakterli məqalənin Azərbaycan ilə Rusiya arasında dostluq əməkdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, sözügedən müqavilənin məğzinə müddəalarına zidd olaraq ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl yetirdiyi vurğulanmışdır.

M.Məmmədquliyev Rusiya səfirinə etiraz notası təqdim edərək məsələnin araşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.2.