«Demokratiyanın beşiyi»
sayılan Fransada erməni vəhşiliyinin növbəti təzahürü
baş verdi
Özü də fransız
parlamentarinin əli ilə
Xocalı faciəsinin dünya ölkələrində
tanıdılması, erməni
qəsbkarlarının ifşası
istiqamətində sistemli
iş aparılır.
Hər il
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri tərəfindən
xüsusi tədbirlər
planı təsdiqlənir
və icra edilir. Xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız
da son illər bu istiqamətdə əməli addımlar atırlar. Soyqırımı günü diaspor
təşkilatları nüfuzlu
Avropa ölkələrində
mitinqlər, nümayişlər
təşkil edərək,
həmin ölkələrin
ictimaiyyətinin diqqətini
bu məsələyə
cəlb edərək faciəni törədənlər
barədə geniş
məlumatlar verirlər.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi
dövründə bu yöndə bütün imkanlar səfərbərliyə
alınmış, beynəlxalq
aləmin Azərbaycan
həqiqətlərinə münasibətində
erməni yalanlarının
ifşasına yönəlmiş
bir sıra pozitiv irəliləyişlər
olmuşdur. Son illərdə
dünyanın bir sıra ölkələri,
ABŞ-ın bir neçə ştatı,
o cümlədən bu
yaxınlarda Çexiya
parlamenti Xocalı faciəsini soyqırımı
kimi tanımışdır.
Xaricdə fəaliyyət göstərən
erməni diaspor təşkilatları bundan
narahat olaraq Xocalı faciəsinin ildönümü ərəfəsində
antiazərbaycan qüvvələrlə
birləşərək təxribatçılıq
hərəkətləri edir
və həmin ölkələrdəki insanların
diqqətini yayındırmağa
cəhdlər göstərirlər.
Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun
təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri
və Fransa parlamentinin bir neçə deputatının
iştirakı ilə
"Sumqayıt hadisələrindən
25 il sonra:
hazırkı vəziyyət
və Dağlıq Qarabağ xalqı üçün gələcək
perspektivlər" adlı
tədbir də bu mərama xidmət edirdi. Həmin tədbirə qatılan Azərbaycan diasporunun nümayəndələri
diqqəti 21 il
öncə Xocalıda
ermənilərin törətdikləri
soyqırımına yönəldiblər.
Onların bu mövqeyi
qarşı tərəfin
ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri
qətiyyət nümayiş
etdirərək Sumqayıtda
baş verən hadisələrlə bağlı
səsləndirilən fikirlərin
heç bir tarixi fakta əsaslanmadığını
bildiriblər.
Bundan sonra Fransa Milli Assambleyasının
üzvü, ermənipərəst
mövqeyi ilə tanınan Fransua Roşeblounun təhriki ilə erməni diasporunun üzvləri Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanı
və azərbaycanlı
tələbə Vüsal
Hüseynovu vəhşicəsinə
döyüblər. Tədbir iştirakçıları,
o cümlədən Fransa
parlamentinin toplantıda
iştirak edən deputatları bu vəhşiliyin qarşısını
almaq üçün
heç bir cəhd göstərməyiblər.
Xəsarət alan Mirvari Fətəliyeva və Vüsal Hüseynov kəllə-beyin travması,
daxili orqanlarının
zədələnməsi və
sümüklərin qırılması
diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bu fakt bir daha erməni vəhşiliyinin əsl mahiyyətini ortaya qoydu. Təəssüf doğuran hal
odur ki, baş verən olayda fransalı parlamentari birbaşa iştirak edib və Azərbaycan diasporunun nümayəndəsinin
döyülməsi tapşırığını
şəxsən özü
verib. Hazırda Diasporla İş
üzrə Dövlət
Komitəsi, Azərbaycan
Respublikasının Fransadakı
səfirliyi və digər aidiyyətı orqanlar ilə birlikdə bu məsələ araşdırılır
və günahkarların
Fransa qanunlarına uyğun şəkildə
cəzalandırılması istiqamətində müvafiq
tədbirlər görülür.
Ümid edirik ki, aparılan
təxirəsalınmaz tədbirlər
nəticəsində vəhşiliyi
törədənlər öz
layiqli cəzalarını
alacaqlar. Əks-təqdirdə baş verən insident Fransa dövlətinin beynəlxalq
imicinə son dərəcə
ciddi təsir göstərəcəkdir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 28 fevral.- S.8.