Şəhidlərin xatirəsinə ehtiram

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident Mixeil Saakaşvili "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Mixeil Saakaşvili Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 fevral.- S.3.