Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan dövlətinin başçısını və xanımı Sandra Elizabet Rulofsu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mixeil Saakaşvili və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 28 fevral.- S.3.