Azərbaycan ilə Gürcüstan
arasında əlaqələr strateji tərəfdaşlıq
səviyyəsinə çatmışdır
Azərbaycana
rəsmi səfəri çərçivəsində
Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 27-də
Milli Məclisdə olmuşdur.
Milli
Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq
demişdir ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr
sürətlə inkişaf edərək strateji tərəfdaşlıq
səviyyəsinə çatmışdır. Ölkələrimiz
arasında münasibətlərin bütün sahələrdə
inkişaf etdiyini bildirən O.Əsədov yüksək səviyyəli
qarşılıqlı səfərlərin əlaqələrimizin
daha da genişlənməsi üçün yeni imkanlar
açdığını diqqətə
çatdırmışdır.
Azərbaycana
səfərlərini məmnunluqla xatırlayan Mixeil
Saakaşvili bu səfərlərin əlaqələrimizin
inkişafına impuls yaratdığını demişdir.
Gürcüstanın Azərbaycan ilə əlaqələrin
bütün sahələrdə inkişaf etdirilməsində
maraqlı olduğunu bildirən Prezident Mixeil Saakaşvili bu sahədə parlamentlərin
rolunu xüsusi qeyd etmişdir.
Görüşdə
ölkələrimizin bir çox irimiqyaslı layihələrdə
birgə iştirak etdiyi də diqqətə
çatdırılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 28 fevral.- S.3.