Prezident İlham Əliyev
Beynəlxalq Hərbi İdman
Şurasının, həmçinin
Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidentini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də
Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin
Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad
Kalkaba Malboumu qəbul etmişdir.
Hamad Kalkaba Malboum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Beynəlxalq Hərbi İdman Şurasının Bakıda keçiriləcək çempionatının əhəmiyyətini qeyd edən Hamad Kalkaba Malboum yarışlarda 16 ölkənin milli hərbi komandasının və 100-ə yaxın nümayəndənin iştirak edəcəyini vurğuladı. O, 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Hərbi İdman Şurasının təklifini dövlət başçısına çatdırdı.
Dövlət başçısı Bakıda keçiriləcək çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün müasir idman infrastrukturunun yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini dedi.
Görüşdə
Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycanın
müvafiq qurumları arasında əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 28 fevral.- S.3.