Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan

Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri

 

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 AzərTAc

Azərbaycan.-2013.- 28 fevral.- S.1.