Azərbaycan və
Gürcüstan prezidentləri mətbuata bəyanatlarla
çıxış
Prezident Mixeil Saakaşvilinin bəyanatı
-
Çox təşəkkür edirəm cənab Prezident! Mənim
üçün böyük şərəfdir ki, yenidən
Bakıya səfər edirəm. Gürcüstana dost ölkədə
səfərdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Cənab
İlham Əliyev bu gün mənə çox maraqlı
söhbətlər etdi. Hesab edirəm ki, atasının layiqli
davamçısı olan Azərbaycan dövlətinin
başçısı öz fəaliyyətini uğurla həyata
keçirir. Heydər Əliyev tərəfindən təməli
qoyulmuş bu kurs cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz Sizin fəaliyyətiniz nəticəsində
Azərbaycan dövlətçiliyi gücləndirilmişdir.
Bu isə ən başlıca amildir.
Bu gün Bakının inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, Azərbaycan xalqının rifahının artırılması çox vacibdir. Çünki Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır və hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə. Gürcüstanda həyata keçirilmiş islahatlar barədə söylədikləriniz məni çox təsirləndirdi. Biz öz səfərlərimizi çox gözəl xatırlayırıq, Bakının küçələrini dəfələrlə gəzmişik. Bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərlərimiz nəticəsində meydana gəlmişdir. Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaqdır. Təbii ki, bu rəqabətdə biz bir balaca zəif tərəf kimi çıxış edirik. Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcəkdir.
Gürcüstanda hakimiyyətdə
kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın
bizim ölkə ilə dostluğu
davam edəcəkdir. Gürcüstana
Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyildir. Bu, sadəcə bəyanat,
sadəcə sözlər deyildir. Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan
üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir. Bizim çoxsaylı tərəfdaşlarımız,
dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər
yardım etməmişdir. Bu isə, cənab
Prezident, bilavasitə Sizin
xidmətinizdir. Mən çox şadam ki,
Gürcüstanın da Baş
naziri Azərbaycana səfər etmişdir və öz gözü ilə buradakı inkişafın şahidi olmuşdur. Bu da bizə imkan
verir ki, bu dostluq bundan
sonra da davam etsin.
İnqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılması
çox vacibdir. Mən ümid
edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır.
Bu, hər iki
ölkə üçün
tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa
qitəsinə çıxışımızdır.
Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə
istənilən maneələrin
törədilməsi bizim
milli maraqlarımıza
ziddir. Bu, bir fəlakət ola
bilər. Ona görə də
bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə
mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza
xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş
yolumuzdur və bu layihə sıx əməkdaşlıq
şəraitində başa
çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımız və
dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm
ki, bu layihənin
icrası başa çatdırılacaqdır.
Bu gün Gürcüstanın
iqtisadi təhlükəsizliyi
Azərbaycan tərəfindən
təmin edilmişdir. Bu soyuq qış aylarında Azərbaycanın
fədakarlığı bizi
xilas etmişdir və bu, gürcü
millətinin, Gürcüstan
dövlətçiliyinin bir
növ xilas edilməsi olmuşdur.
Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi
bütövlüyü də
Azərbaycan qədər
heç bir ölkə tərəfindən
dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi
çox mühüm bir məsələdir.
Bütün Qafqaz haqqında
danışanda ərazi
bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır.
Bizim bu istiqamətdə siyasətimiz aydındır.
Neft və qaz kəmərləri sayəsində Gürcüstanın
strateji, iqtisadi əhəmiyyəti vardır
və bir daha onu vurğulamaq
istəyirəm ki, bu, bilavasitə Azərbaycanın sayəsində
baş tutmuşdur.
Təbii ki, hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd
etmək istəyirəm
ki, heç bir amil Gürcüstan-Azərbaycan
dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın
gələcəyi, Gürcüstan
dövlətçiliyinin inkişafı
mümkün deyildir.
Bunu bir daha xüsusi
vurğulamaq istəyirəm.
Məhz keçmişdə müstəqilliyimizi
o səbəbdən itirmişdik
ki, biz yaxından əməkdaşlıq edə
bilməmişdik. Lakin son illərdə
biz dostluğumuzu o qədər
gücləndirmişik, o qədər
güclü təməl
üzərində qurmuşuq
ki, artıq bu dostluq sarsılmazdır
və əbədidir.
Cənab Prezident, bir daha xüsusilə
Sizin rolunuzu
qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa
bilirik və əminəm ki, gələcək nəsillər
də buna layiqli qiymət verəcəkdir. Mən buna
şübhə etmirəm.
Bir
daha, cənab Prezident, Sizə və Azərbaycan xalqına təşəkkür
edirəm. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan.-2013.- 28 fevral.- S.2.