Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin zabitlərinə
ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
Novruzov Səbuhi Məhərrəm oğlu - Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini
Təhməzov
Mehman Vəli oğlu - Azərbaycan Respublikasında
İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 iyul 2013-cü il
Azərbaycan.-2013.- 2 iyul.- S.5.