Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə
müşavirinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də
ABŞ müdafiə nazirinin
Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri
xanım Evelin Farkasın başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları
arasında ikitərəfli əlaqələrin müxtəlif
istiqamətlərdə, o cümlədən müdafiə sahəsində
uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan hərbçilərinin
beynəlxalq sülhməramlı missiyanın tərkibində
iştirakının önəmi qeyd olundu, bu sahədə əməkdaşlığımızın
daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 2 iyul.- S.6.