İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Azərbaycana
səfərə gəlmişdir
İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi iyunun 30-da Azərbaycana səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
F.Lombardi hava limanında jurnalistlərə bildirmişdir ki, səfərimin məqsədi Azərbaycanın və İsveçrənin qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır. İki ölkə arasında müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq mövcuddur. Biz bu əlaqələrin inkişaf etdirilməsində olduqca maraqlıyıq.
Qonaq Azərbaycana səfərinin son dərəcə əlamətdar bir dövrə təsadüf etməsindən məmnun olduğunu bildirmişdir. Demişdir ki, bu günlərdə Azərbaycan qazının Avropaya çatdırılmasına dair "Trans-Adriaktik Pipeline" TAP boru kəməri layihəsinin seçilməsi ilə bağlı qərarın qəbul edilməsi çox düzgün addımdır.
Səfər
çərçivəsində İsveçrə
Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədrinin
Azərbaycan rəsmiləri ilə bir sıra
görüşləri nəzərdə tutulmuşdur.
Azərbaycan.-2013.- 2 iyul.- S.6.