Bakıda «Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

 

İyulun 1-də Bakıda AMEA İnsan Hüquqları və Çin Müasir Beynəlxalq Münasibətlər institutlarının birgə təşkilatçılığı ilə "Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müvafiq nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Konfransın açılışında AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva qeyd etmişdir ki, Azərbaycan-Çin münasibətlərinin çox qədim tarixi var və bu münasibətlər minilliklər ərzində formalaşmışdır. Xalqlarımız və ölkələrimiz arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq bu gündinamik inkişaf edir, iqtisadi, siyasi, elmis. sahələri əhatə edir. Azərbaycan Respublikası hazırda dünyanın nəhəng iqtisadi, siyasi, elmi, milli-mədəni, milli-dini mərkəzlərindən olan Çin Xalq Respublikası ilə əlaqələrə prioritet əhəmiyyət verir. Bu baxımdan AMEA-nın İnsan Hüquqları İnstitutu da ikitərəfli əməkdaşlığa  töhfəsini verməkdədir.

İnsan Hüquqları İnstitutu artıq Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası və Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu ilə əməkdaşlıq müqavilələri imzalamışdır. Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, birgə konfransların keçirilməsi, hər iki qurum əməkdaşlarının məqalələrinin həmin ölkələrin elmi jurnallarında çap olunması və təcrübə mübadiləsi keçirilməsi nəzərdə tutulmuşdur. Artıq İnsan Hüquqları İnstitutu "Dirçəliş-XXI əsr" jurnalını və ingilis dilində olan bir neçə vacib nəşri Çinin adı çəkilən akademiyasına təqdim etmişdir. Eyni zamanda, institut tərəfindən akademiyanın "Contemporary İnternational Relations" jurnalının son 2 ildə nəşr olunmuş nömrələri də alınıb öyrənilməkdədir.

A.Mustafayeva bildirmişdir ki, bu gün Çin də, Azərbaycan da iqtisadi cəhətdən sürətlə inkişaf etməkdədir. Həm Azərbaycan, həm Çin regionda liderlik statuslarını qoruyub saxlayır. İnsan Hüquqları İnstitutu iki ölkə arasında strateji əlaqələrin qurulması, sosial-iqtisadi hüquqların təmin olunması istiqamətində həyata keçirilən siyasətin elmi-nəzəri əsasları, həmçinin siyasi aspektləri əhatə edən əlaqə münasibətlər barədə tövsiyələr işləyib hazırlamışdır.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasında elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışmışdır. Bu gün Çində bütün sahələrlə yanaşı, elm sahəsi sürətlə inkişaf edir. Çində müasir elmi nailiyyətlərin tətbiqi ilə eyni zamanda, qədim Çin elminin zəngin ənənələrindən istifadə edilməkdədir. Son illər ölkəmizin müxtəlif sahələrdə, o cümlədən elmi sahədə Çin ilə əməkdaşlığı təqdirəlayiq hesab edilməlidir. Sevindirici haldır ki, AMEA-nın İnsan Hüquqları İnstitutu da bu istiqamətdə töhfəsini verir. Bu cür əməkdaşlıq münasibətləri Çinin digər elmi-tədqiqat institutları ilə yaradılacaq elmimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tşyuin bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,5 milyon dollar təşkil etmişdi. Ötən il isə bu rəqəm 1 milyard dolları ötmüşdür. Bu göstərici iki ölkə arasında əlaqələrin inkişaf tempini yaxşı xarakterizə edir. Çin Azərbaycan arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur. Ölkələrimiz xalqlarımız arasında artıq uzun əsrlərdir ki, tarixi, mədəni iqtisadi əlaqələr qurulmuşdur. Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Diplomat vurğulamışdır ki, Azərbaycan Çin müstəqillik ərazi bütövlüyü kimi vacib aspektlər daxil olmaqla hər iki ölkənin köklü maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyirlər. Eyni zamanda, əməkdaşlığımız yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Çin Azərbaycan arasında humanitar mədəniyyət sahələrində qarşılıqlı əlaqələr uğurla inkişaf etmişdir. Azərbaycanın bir sıra təhsil müəssisələrində Çin Mədəniyyət mərkəzləri açılmış Çin dili tədris olunur. Bu, ölkələrimizin arasında münasibətlərin sonrakı inkişafı üçün yüksək potensialın olduğunu göstərir.

Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının Rusiya MDB Ölkələri İnstitutunun direktoru Fen Yuszün Azərbaycan-Çin münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyduğunu ifadə etmişdir. O, Çin iqtisadiyyatında son illər baş verən inkişaf meyilləri barədə məlumat verərək, intensiv qarşılıqlı səfərlərin, elmi-praktik konfransların, fikir mübadilələri aparmağın məqsədəuyğunluğunu qeyd etmişdir.

Daha sonra plenar sessiya işinə başlamışdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin "Çinin iqtisadi reform fenomeni onun dünya iqtisadiyyatının inkişafında rolu", Milli Məclisin deputatı Vahid Əhmədovun "Azərbaycan-Çin iqtisadi əlaqələri, azad iqtisadi zonalar", AMEA İnsan Hüquqları İnstitutunun nümayəndəsi Elşən Nəsibovun "Çin Azərbaycan: vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin olunması yolunda dövlətlərin həyata keçirdikləri siyasətin məzmunu - oxşarlıqlar uyğunluqlar kontekstində" mövzusunda məruzələri dinlənilmişdir.

Sessiyalarla davam edən tədbirdə "Çin iqtisadiyyatının strateji transformasiyasının məzmunu fonu", "Çin Azərbaycan arasında iqtisadi əlaqələr", "Çin Azərbaycan arasında əməkdaşlığın perspektivi vəziyyəti", "Çində Azərbaycanda modernləşmə: müasir çağırışlar ənənə" digər mövzularda məruzələr dinlənilmişdir.

Müzakirələr zamanı Çin və Azərbaycanın iqtisadi inkişafı kontekstində insan hüquqlarının müdafiəsi məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələlərlə bağlı təklif və mülahizələrini bildirmişlər.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.10.