Muhsin Yıldırım: «Belə festivallar
insanlar arasında
dostluğu, qardaşlığı və ünsiyyəti daha
da genişləndirir»
"Biz "İpək Yolu" festivalına Türkiyənin TRT kanalının məşhur "Axşam səfası" proqramını gətirmişik. Bu proqram TRT-də yayımlanan ən gözəl və ən maraqlı proqramlardan biridir. "Axşam səfası" 13 ildir ki, fasiləsiz davam edir. Bu proqramla iki ay əvvəl Bakıda, Heydər Əliyev Sarayında konsert vermişik. Çox bəyənildiyi üçün kollektivimiz Şəkidə keçirilən musiqi festivalına dəvət olundu və biz bu təklifi məmnuniyyətlə qəbul etdik".
AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının iştirakçısı, TRT kanalının prodüseri və konsertin təşkilatçısı Muhsin Yıldırım jurnalistlərə müsahibəsində bildirmişdir.
Şəkidə
çox yaxşı qarşılandıqlarını, şəhərin
qədim tarixi abidələrini ziyarət etdiklərini,
görməli yerlərini gəzdiklərini bildirən Muhsin
Yıldırım demişdir: "Kollektivimizin üzvləri
Şəkini çox bəyəndilər. İnsanların
isti münasibətinə görə özümüzü evdəki
kimi hiss edirik. Festivalın təşkilatçılarını
təbrik edirik, çox gözəl festival olmuşdur.
İnşallah, uğurla da davam edər. Belə festivallar
insanlar arasında dostluğu, qardaşlığı və
ünsiyyəti daha da genişləndirir".
Azərbaycan.-2013.- 2 iyul.- S.11.