Con Matias: «Bu gözəl məkana gəldiyimizə
görə özümüzü xoşbəxt
sayırıq»
"Bu, bizim Şəkiyə, ümumiyyətlə, Azərbaycana ilk səfərimizdir. Qrupun bütün üzvləri adından deyə bilərəm ki, Şəki çox gözəl şəhərdir. Biz artıq Şəki xanlarının sarayını ziyarət etdik, milli mətbəxinizin ləziz yeməklərindən olan pitini daddıq. Çox gözəl məkandır".
AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının iştirakçısı, ABŞ-ın "Filligar" rok qrupunun rəhbəri Con Matias jurnalistlərə müsahibəsində demişdir.
Qrupun on il əvvəl formalaşdığını, hələ məktəbdə oxuyarkən musiqiyə böyük maraqlarının olduğunu bildirən Con Matias professional musiqiçilər qismində Azərbaycana səfər etmək imkanı əldə etdiklərinə görə çox sevindiklərini bildirmişdir. Qeyd etmişdir ki, bu səfər ABŞ Dövlət Departamentinin "Amerikanın mədəni elçiləri" proqramı çərçivəsində həyata keçirilir. Qrupa Azərbaycana səfərə getmək təklif olunarkən bunu məmnuniyyətlə qəbul etdik. Budur, biz artıq Azərbaycandayıq və bu gözəl məkana gəldiyimizə görə özümüzü xoşbəxt sayırıq.
Con Matias
demişdir: "Ölkələr
arasında mədəni əlaqələr olduqca
vacibdir. Azərbaycana səyahət etmək,
burada musiqini dinləmək,
eyni zamanda,
ifamızı göstərmək şansı əlimizə düşmüşdür və biz bu imkandan
çox səmərəli istifadə etməyə
çalışırıq".
Azərbaycan.-2013.- 2 iyul.- S.11.