Mirəli Dostiyev: «Tacikistanda ildə ən
azı dörd dəfə
Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər
keçirilir»
"Son illər beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi edən Azərbaycanın qədim şəhəri Qəbələ beynəlxalq klassik musiqi mədəniyyəti və turizm mərkəzinə çevrilmişdir".
Bu sözləri Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları - 2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimində iştirak edən Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev AzərTAc-a müsahibəsində demişdir.
Mirəli Dostiyev Qəbələ sakinlərini şəhərin 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edərək demişdir: "Qəbələ şəhəri, doğrudan da, bu ada layiqdir. Şəhəri gəzərkən hər addımda inkişafın, tərəqqinin şahidi oldum".
Qonaq Azərbaycan-Tacikistan mədəni əlaqələrinin
inkişafından məmnunluğunu bildirmişdir. Qeyd
etmişdir ki, ölkəsində ildə ən azı 4 dəfə
Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər
keçirilir. O, qonaqpərvərliyə və yüksək təşkilatçılığa
görə minnətdarlığını bildirmişdir.
Azərbaycan.-2013.- 2 iyul.- S.11.