Prezident İlham Əliyev
Yunanıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də
Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri İoannis Metaksası
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar
qəbul etmişdir.
Səfir
İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin
uğurla inkişaf etdiyini vurğulayan dövlət
başçısı səfirə gələcək fəaliyyətində
uğurlar arzuladı.
Görüşdə
Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli
münasibətlərin inkişafından məmnunluq ifadə
olundu, əlaqələrimizin möhkəmləndirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
önəmi qeyd edildi, əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün böyük
imkanların olduğu vurğulandı. Söhbət zamanı
ölkələrimizin enerji, sərmayə qoyuluşu və
digər sahələrdə tərəfdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 3 iyul.- S. 3.