Azərbaycan Respublikası Ali Məhkəməsi
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Bədəlov Kəmaləddin Nurəddin oğlu,
Dəmirov İlqar Kamal oğlu,
Əhmədov Əhməd Abbas oğlu,
Hüseynov İlqar Kamil oğlu,
Xələfov İlqar Rəhim oğlu,
Quliyev Gündüz Ağababa oğlu,
Nəbizadə Rahib Sahib oğlu,
Nurməmmədov Əhməd Güləhməd oğlu.
2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Hüseynova Sevda Əziz qızı,
Məmmədov Xəqani Səyyad oğlu.
3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 2 iyul
2013-cü il
Azərbaycan.-2013.- 3 iyul.- S.4.