Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi hakimlərinin
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Fərman Məmməd oğlu Abbasov başqa vəzifəyə dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər.
Həsənov Polad Vəli oğlu,
Qarayev Sənan Məmməd oğlu.
3. Bu
qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri, 2 iyul
2013-cü il
Azərbaycan.-2013.- 3 iyul.- S.4.