Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin  I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Bayramov Azər Vahid oğlu,

Şəfiyev İspəndiyar Əsəd oğlu.

 

2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Əhmədov Ceyhun Rasim oğlu,

Xasməmmədov Elçin İsgəndər oğlu,

Mehtiyev Fikrət Ədilşah oğlu,

Muxtarov Teyyub Asif oğlu,

Muradov Rəhman Şaban oğlu,

Süleymanov Loğman Srac oğlu.

 

3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

                             

Bakı şəhəri, 2 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 3 iyul.- S.4.