Sumqayıt Apelyasiya Məhkəməsi
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abasov Şəmsəddin Rizalı oğlu,
Cəmilova Xəyalə Adil qızı,
Rəhimov Elman Gülbaba oğlu,
Zeynallı Fərmayıl Gülmalı oğlu.
2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abbasov Aqil Əzizağa oğlu,
Qafari Səyyad Ağaəli oğlu,
Məmmədov Telman Qədir
oğlu,
Mövsümov Nazim Rasimoviç.
3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 2 iyul 2013-cü il
Azərbaycan.-2013.- 3 iyul.- S.4.