Şəki Apelyasiya Məhkəməsi
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Mirbahəddin Mirdamət oğlu Hüseynov başqa vəzifəyə dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2.
2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən
aşağıdakı hakimlər Şəki Apelyasiya Məhkəməsinin
hakimləri təyin edilsinlər:
Abbasov Gündüz Qasım oğlu,
Əliyev Rafail Əyyub oğlu,
Əsədli Mahir Abdulla oğlu,
Məcidov Ələddin Tofiq oğlu,
Rəfiyev Rövşən Rafiq oğlu,
Şükürov İmanverdi Həşimxan oğlu.
3. Bu qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 2 iyul
2013-cü il
Azərbaycan.-2013.- 3 iyul.- S.4.