İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli
118 nömrəli qərarı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 168 Bakı şəhəri,
25 iyun 2013-cü il
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyası"nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin İsmayıllı Dövlət
Humanitar və Texnologiya Kolleci yaradılsın.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə
745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə
257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri"
bölməsinə "46. İsmayıllı Dövlət
Humanitar və Texnologiya Kolleci" hissəsi əlavə
edilsin.
3. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə
İsmayıllı Dövlət Humanitar və Texnologiya
Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin
təmin edilməsi üçün zəruri tədbirlər
görsün.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 3 iyul.- S.4.