Prezident İlham Əliyev Yeni Azərbaycan
Partiyası Binəqədi
rayon təşkilatının inzibati binasının
açılışında iştirak etmişdir
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, son bir ildə rayonda çoxlu sayda sosial təyinatlı infrastruktur obyekti istifadəyə verilmişdir. Bu sırada inzibati binalar xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni inzibati binasında da səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırıldı ki, ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Binanın ikinci mərtəbəsində divarda qranit üzərində işlənmiş Yeni Azərbaycan Partiyasının emblemi fonunda ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Bu mərtəbədə həmçinin konfrans zalı, iş otaqları və 120 yerlik akt zalı yerləşir. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait vardır. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunmuş, kompyuterlər quraşdırılmışdır. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. Divarlarda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından ibarət lövhələr asılmışdır.
Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 14 mindən çox üzvü vardır. Onlardan 6 minini qadınlar, 8 minini isə gənclər təşkil edir.
Dövlət
başçısı binada yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 4 iyul.- S.1.