Prezident İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur

 

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında Bakıda həyata keçirilən quruculuq işləri, ilk növbədə, paytaxtın inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar paytaxtın simasına xüsusi yaraşıq verir, müasirləşən şəhərimizin memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi Bakının bütün rayonlarında davam edən abadlıq-quruculuq işləri paytaxtın kompleks inkişafını təmin edir. Bu sırada son illərdə paytaxtın Binəqədi rayonunda görülən işlər də  diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin binasında yenidənqurmadan sonra yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Bundan başqa, müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir.

Dövlət başçısına məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, bina 1970-ci illərin əvvəllərində inşa edilmişdir. Sovet dövründə burada rayon partiya komitəsi  yerləşmişdi. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunmuşdur. Ötən illərdə binada əsaslı təmir işləri aparılmamışdır. Keçən ilin mayından binanın tamamilə yenidən qurulmasına  başlanmışdır. Bina bir mərtəbə artırılmış və müasir memarlıq üslubunda yenidən qurulmuşdur.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi dörd min kvadratmetr olan beşmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev adına parkın qərb hissəsində yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, divarda Binəqədi rayonunun inzibati xəritəsi asılmışdır. İş otaqlarının arakəsmələrində şəffaf, interyerdə isə Avropa ölkələrində istehsal olunan materiallardan istifadə edilmişdir.

Prezident İlham Əliyev binanın yeməkxanası ilə tanış oldu.

Vurğulandı ki, inzibati binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır.

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış "1646" xidməti ilə də tanış oldu. Sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər. "1646" xidməti bütün mobil operatorlardan stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə "Sual-cavab" blokuna əsasən cavablandırılır. Yaradılan şərait rayon icra hakimiyyətində "elektron hökumət"in bir çox elementlərinin reallaşdırılmasına imkan vermişdir. İnzibati binada həmçinin elektron kargüzarlıq, sakinlərlə yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər digər texniki vasitələr quraşdırılmışdır. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi sakinlərin rahatlığının təmin olunması məqsədilə yaradılmışdır.

Prezident İlham Əliyev böyük akt zalı ilə tanış oldu.

Bildirildi ki, binaya bitişik 270 yerlik akt zalının divar tavanında, zalın daxili tərtibatında müasir materiallardan istifadə olunmuşdur. Akt zalında rayon respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait vardır.

Sonra dövlət başçısı təqdimat otağında elektron xəritə ilə tanış oldu.

Qeyd edildi ki, burada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem artıq rayon təsərrüfatının idarə olunmasında ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanmışdır. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir.

Prezident İlham Əliyevə son bir ildə rayonda görülən işlər barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, ötən dövr ərzində rayon ərazisində 6 yeni park salınmış, ikisi əsaslı təmir edilmiş, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilmişdir. Rayonda 166 kilometr yol asfaltlanmış, 127 min kvadratmetrlik fasad işləri görülmüşdür. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək bəzək kolu əkilmiş, 76 min kvadratmetrlik çəmənlik salınmışdır. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənmiş, işıqlandırılmışdır. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulmuşdur. Binəqədi Biləcəri qəsəbələrində daxili qəsəbələrarası yollar genişləndirilmişdir. Bütün bunlarla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində strateji layihələr həyata keçirilmişdir. Artıq rayon icra hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılmışdır. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd - kargüzarlıq, kadr, ev təsərrüfatları sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılmışdır. Sakinlər binaya gəlmədən  qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.

Dövlət başçısı inzibati binada yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 iyul.- S.2.