Azərbaycan və Türkiyə
arasında hərbi əməkdaşlığın perspektivləri
müzakirə edilmişdir
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Hayrı Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etmişdir.
Nazir Səfər Əbiyev hörmətli qonağın Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirmişdir.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan
müdafiə nazirinin əmrinə əsasən, Türkiyə
Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı
Qüvvələri arasında hərbi əməkdaşlığın
möhkəmləndirilməsi və inkişaf etdirilməsinə
verdiyi böyük töhfələrə görə ordu
generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq
sahəsində xidmətlərə görə" və
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illik
yubileyi" medalları ilə təltif olunmuşdur.
Azərbaycan.-2013.- 4 iyul.- S.3.