VƏTƏNƏ DÖNÜK ÇIXANLAR

 

TƏƏSSÜF Kİ, BELƏLƏRİ KƏSKİN İCTİMAİ QINAĞIN HƏDƏFİNƏ  ÇEVRİLMİRLƏR

 

 

 

BAŞ REDAKTORDAN

 

 

 

Gənclik dövrümüzdə Mir Cəlalın " Bir gəncin manifesti" əsərini necə məhəbbətlə, sevə-sevə oxuyardıq! Əsərdə hamının hisslərinə toxunan qəribə bir məqam da var: azərbaycanlı ana daim sevib əzizlədiyi, öz əli ilə toxuduğu xalçanı  ehtiyac üzündən bazara çıxararaq satmalı olur. Pullu alıcıya da rast gəlir! Amma onun əcnəbi olduğunu biləndə, Azərbaycan xalısının vətəndən kənara aparılacağını hiss edəndə fikirindən daşınır: "İtə ataram, yada satmaram!" - deyir.

 

O vaxtdan bu ifadə zərb-məsələ çevrilib, vətənpərvərlik tərbiyəsinin bir elementi olub.

 

Bəli, əslində, biz milli-mənəvi dəyərlərimizi gözbəbəyi kimi qorumalıyıq!

 

Heç zaman Azərbaycanlılığımızı, bu vətənin övladı olduğumuzu unutmamalıyıq!

 

Azərbaycan üçün qiymətli, əziz nə varsa, hamısını qoruyub saxlamalıyıq!

 

Ən əsası Azərbaycanın təmiz adının, artıq dünyada tanınan müsbət imicinin qayğısına qalmağı  bacarmalıyıq!

 

AMMA BUNU HAMIMIZ EDİRİKMİ?!

 

Cəmi 21 ildir ki, müstəqil dövlət olmuşuq!

 

Cəmi 21 ildir ki,  öz əlimiz, öz başımızdır!

 

Cəmi 21 ildir ki, öz sərvətimizin sahibi, sərəncamçısıyıq!

 

Görün bu 21 ildə nələr etməmişik:

 

* İqtisadi sahədə 300 faizlik artıma nail olmuşuq!

 

* Siyasi sahədə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişik!

 

* Mədəniyyət sahəsində Avroviziya mahnı müsabiqəsində qalib gələrək Bakıda onun ən yaddaqalan yarışmasını keçirmişik!

 

* Bu gün peykimiz kosmosda uçur!

 

Həm də bu 21 ilin hamısı inkişafquruculuğa sərf olunmayıb!

 

Biz anarxiyaqanunsuzluq burulğanından keçərək bugünkü yüksəlişə çatmışıq!

 

Biz vətəndaş müharibəsinin astanasından qayıtmışıq!

 

Biz dərin iqtisadisiyasi böhranı arxada qoymuşuq!

 

Biz dövlət çevrilişi cəhdlərinin  sınaqlarından çıxmışıq, fövqəladə vəziyyətlərdən qurtulmuşuq!

 

Bu gün Azərbaycan müasir, demokratiya yolu ilə irəliləyən gənc  dövlətdir!

 

Bu gün Azərbaycan Cənubi Qafqazın lideri, bölgədə söz sahibidir!

 

Təəssüf ki, bu yolda itkilərimiz də olub:

 

20 min vətən övladını  şəhid vermişik!

 

Qarabağ uğrunda gedən müharibənin birinci mərhələsini uduzmuşuq - 20 faiz torpağımız hələ də düşmən işğalındadır!

 

Hələ də Azərbaycanın müstəqilliyini istəməyən, onun müstəqil, öz maraqlarına xidmət edən siyasət yürütməsi ilə barışmayan dövlətlər və qüvvələr var!

 

Hələ də müstəqil Azərbaycanla bağlı  müxtəlif yerlərdə cızılan məkrli planlar icra  olunacaqları günü və saatı gözləyirlər!

 

Hələ də Azərbaycanı yenidən öz təsirləri altına salmaq, öz maraqlarına xidmət etdirmək istəyən qüvvələr var!

 

Bütün bunlar bizi daha ayıq-sayıq olmağa, müstəqilliyimizin üzərində əsərək onu möhkəm qorumağa sövq edir!

 

AMMA HAMIMIZ BELƏ  DÜŞÜNÜRÜKMÜ?

 

Bu gün Azərbaycan vətəndaşı heç zaman olmadığı qədər azad və təminatlı həyat sürür!

 

Bu gün Azərbaycan başdan-başa yenidən tikilib qurulur!

 

Bu gün Azərbaycan Avropayadünyaya inteqrasiya edir!

 

Amma, nədənsə, həmişə müqayisə aparanda keçmişimizə baxıb, bu günümüzü dünənimizlə tutuşdurmuruq! Nədənsə, ABŞ, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya  başqa ölkələrdən götürülən misallar gətirməyi xoşlayırıq.

 

Bilmirəm buna siyasi savadsızlıqmı, məntiqsizlikmi, yaxud naşılıqmı deyək!

 

Ay balam, bazar  iqtisadiyyatı və demokratiya tarixi yüz  illərlə ölçülən dövlətlərlə müstəqillik yaşı 22, quruculuq tarixi isə cəmi 10 il olan Azərbaycanı müqayisə  edərlərmi?!

 

Zirvəyə çatmaq üçün çox yol qət etmək, çox əziyyət çəkmək gərəkdir!

 

O sovet hökuməti idi ki, 20 ilə ölkədə kommunizm quracağını xalqa vəd etmişdi! Amma necə "qurduğunu" yaxşı gördük!

 

Kommunizmin  yerinə "Ərzaq proqramı" qəbul  edən dövlət  ət və yağı ailəbaşı normaya çevirdi, hər insana ay ərzində nə qədər ət və yağ ala biləcəyini talonla müəyyənləşdirdi!

 

Azərbaycanı Avropa dövlətləri ilə iqtisadi cəhətdən  müqayisə edəndə üstünlük biz tərəfdədir:

 

* Neçə illərdir onlar maliyyə və iqtisadi böhran keçirirlər.

 

Biz isə, şükür Allaha, daim yüksəlişdəyik!

 

* Demokratik inkişaf məsələləri də normaldır: əgər buna da zaman, indiyədək bu sahədə görülən işlər və qərəzsiz yanaşma olsa, vəziyyətin qənaətbəxş olduğunu görərik.

 

Təəssüf ki, ikili yanaşmaikili standart Azərbaycana qarşı olan münasibətlərdə hələ də davam edir. Səbəbini isə bir qədər əvvəldə söyləmişdik!

 

Dünyada başqa bir yanaşma da var:

 

* Hər bir ABŞ vətəndaşı daim özünə "Mən vətənim üçün nə etmişəm" - sualını verir!

 

Bizlərdə isə "Vətən mənə nə edib" - sualı dəbdədir!

Əvvəla, açıq gözlə və obyektiv yanaşma ilə baxsaq, ötən dövrdə Azərbaycan dövlətinin öz vətəndaşları üçün nələr etdiyini aydın  görə bilərik.

İkincisi, vətən öz övladı üçün şərait yaradır, onun hüquqlarını təmin edir.

Amma vətən heç kəsin yerinə zəhmət çəkib oxuyası, işləyəsi və güzəran qurası deyil!

Vətən cinayətkarı bağışlayası, anarxiyaqanunsuzluğa göz yuması, zorakılığa əl atanlar qarşısında geri çəkiləsi də deyil!

Qanun hamı üçün birdir, demokratiyanın tələbləri də eynidir.

- İndi kim şəxsi münasibətlərdə hansısa məmurdan incik düşürsə;

- Kimin bir parça torpağı əlindən alınırsa;

- Kimin plana düşmüş evi sökülürsə;

- Kim xaricdə siyasi sığınacaq almaq eşqinə  düşürsə;

- Kim öz təqsiri üzündən vəzifəsini itirirsə s. dönür olur Azərbaycana düşmən!

- Dönür olur "demokratiya uğrunda mübariz"!

Gah "Azərbaycan vətəndaşlığından imtina edirəm!" - bəyanatını verir, gah "Azərbaycanda demokratiya yoxdur" - deyə dad döyür!

Adama deyərlər ki, a bala, dünənə qədər sən Azərbaycanda yaşayırdın, dünən niyə bu sözləri demirdin?!

 

Elə ki, təzə dönük meydana atılır, adlarını "hüquq müdafiəçiləri", "beynəlxalq təşkilatların nümayəndələri", "QHT sahibləri" qoyanların əlinə fürsət düşür! Erməni əsilli milyonçular tərəfindən maliyyələşdirilən antiazərbaycançı şəbəkəsindən qrant alanların da gözünə işıq gəlir!

Donoslar, gizli  arayışlar, aşkar mətbuat konfransları baş alıb gedir...

 

Bir vur-çatlasın düşür ki, gəl görəsən!

Ömür boyu kino çəkən Rüstəm İbrahimbəyov indi olub "siyasi xadim"!

Milli Şura yaradır, şuraya məktublar göndərir (bolşeviksayağı addımlar), Azərbaycanın  seçki məsələlərini başqa-başqa dövlətlərdə "müzakirə" edir!

Amma, deyəsən,  bilmir ki, seçkini xalq keçirir, Azərbaycan Prezidentini Azərbaycan  xalqı seçir!

Hələ bu adamın xəbəri yoxdur ki, Azərbaycanda mətbuata senzura nəzarəti 6 avqust 1998-ci ildə ləğv edilib!

Bu adam qorxusundan Azərbaycana ayaq basmır, çünki hansı maliyyə cinayətləri törətdiyinin fərqindədir!

A millət, gör sənə kimlər prezidentlik etmək istəyir!

Belə yerdə Şair Moşunun ürəyi partlamasınmı? (Bu filmin rejissoru Ramiz Əzizbəylidir).

Görün yerdədir ki, Azərbaycan xalqının hüquqlarını Leyla Yunus "qoruyur!"

A millət, o Leyla Yunus ki, işi-peşəsi erməni əsillilərlə birliyi quraraq Azərbaycanın  maraqlarını satmaqla, ətək-ətək qrant qazanmaqdır!

Hətta bu yaxınlarda Azərbaycana qarayaxma sayəsində qazandığı uğurlara görə Avropada ona orden verdilər!

Özü kimi satqınlar da yığışaraq bu fəaliyyəti tərifləyib ordenini təbrik etdilər!

Bir ətrafınıza baxın, keçmişi yada salın! Görün ötən dövrdə qədər "demokratiya hüquq mübarizi" xarici ölkəyə köçərək  sığınacaq aldıqdan sonra səsini kəsib!

Görün vaxtilə Azərbaycana demokratiya dərsi keçən Vətənə dönük çıxdıqdan sonra adı unudulan neçə qəzet müxbirinin səsi yalnız hərdənbir Avropadakı müxtəlif qurumlar qarşısında Azərbaycan əleyhinə keçirilən piketlərdən eşidilir.

Əgər belə vətənsevər, hüquqsevər, demokratiyasevərsinizsə, niyə bizimlə bərabər oturub hüquqi dövlət quruculuğuna, Azərbaycanın inkişafına kömək etmədiniz?

Əcnəbilərin qoltuğuna qısılaraq verdikləri sədəqəyə göz dikdiniz?

Daha niyə ayağımızdan çəkirsiniz?!

Niyə hərəniz  bir təşkilat yaradaraq bir kitab yazıb, teleradio kanalı açaraq Azərbaycanı tənqid etməklə məşğulsunuz?

Gərək çörəkpulunu vətənə dönüklükdən çıxarasınız?!

Onda heç olmasa, Azərbaycanlı adını üstünüzdən götürün, adınızı alman, ingilis, fransız, bilim, qoyun!

Axı, əsli Azərbaycanlı necə Azərbaycanın əleyhinə çıxa bilər!

Özü harada-harada, xaricdə!

Deyir, eyibli eybini bilsə, başına palaz bürüyər!

Niyə millətlərin çoxu xaricdə özgürlüyünü, mənəvi dəyərlərini qoruyub saxlayır, bizimkilərin bir qismi isə simasızlaşır, bazar adamına çevrilirlər?!

Bu məsələlərdə ən böyük günahlardan biri biz jurnalistlərin üzərinə düşür!

Nədənsə, xalqın maraqlarının əksinə gedənləri, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışanları, milli maraqlarımızı satanları qınaq obyektinə çevirməkdə maraqlı deyilik!

Bəlkə qorxaqlıq acizlik göstəririk!

Aqressiv müxalifət partiyalarına onların liderlərinə xidmət  edən qəzetlər isə gözdən pərdə  asmağa, belələrini "demokrat"  qiyafəsində təqdim etməyə çalışır, hər nömrələrində onların sayıqlamalarına səxavətlə yer  ayırır, şəkillərini manşetə çıxarır, təbliğatı dəstək  verirlər!

Niyə bu adamlar anlamırlar ki, Azərbaycanın əleyhinə aparmaqla Azərbaycan xalqının  məhəbbətini yox, yalnız  nifrətini qazanmaq mümkündür!

Niyə belə qəzetlər qaranı kimi təqdim etməkdə bu qədər israrlı həvəslidirlər!

Yaxşı, qrant məsələsini başa düşdük!

Məgər halal  yolla (vətəni satmaqla yox, vətəndaş cəmiyyətinin  inkişafına kömək göstərməklə)  qrant almaq daha  yaxşı deyilmi?

Axı, kor da bilir ki, balıq şordur!

İndi gözə kül üfürməklə heç kəsi aldatmaq olmaz!

Biz "gəzməyə qurbət ölkə..." demişik, "qulluq  göstərməyə" yad ölkə deməmişik!

İnsan bir o dünyasını da fikirləşməlidir!

Harada dəfn ediləcəyinin fərqində olmalıdır!

Özündən sonra övladlarına nəslinə hansı adı qoyub gedəcəyindən narahatçılıq hissi keçirməyi bacarmalıdır!

Bəli, hər şeyi satmaq mümkündürsatanlar da var!

Belələrinə dəstək verib, onlara qoşulanlar və yanlarında olanlar isə qazancları ilə itkilərini ayıq başla götür-qoy etsələr, heçpis olmaz!

Vətəndən uzaqlarda yaşayaraq vətənin maraqlarına xidmət  etmək şərəfdir!

Azərbaycanlı simasını saxlamaq son dərəcə vacibdir!

Özünün və ailənin rifahı üçün isə dönüklük rəzalətdir!

Qarın başdan aşağıda dayanır!

Bunu  gərək başla dərk edərək  hamımızın bir, müstəqil Vətəni sayılan Azərbaycanı sevək!

Ona xidmət göstərə bilməsək də, heç olmasa sadəcə, səmimi-qəlbdən sevək!

 

Azərbaycan.-2013.- 4 iyul.- S.4.