AzərTAc-ın «əzdim Azərbaycanı»
layihəsi çərçivəsində növbəti videoreportajı
Şamaxıya həsr olunmuşdur
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) "Gəzdim
Azərbaycanı" layihəsi bu dəfə ölkəmizin
qədim mədəniyyət və poeziya beşiyi olan
Şamaxıdan bəhs edir.
Videosüjetdə
Azərbaycanın müasirləşən və modernləşən
bölgələri arasında xüsusi yer tutan
Şamaxının tarixi, mədəniyyəti, incəsənəti,
iqtisadiyyatı, təbiəti və turizm potensialı barədə
məlumat verilir.
Reportajda
qeyd olunur ki, zəlzələlər nəticəsində
dörd dəfə yerlə-yeksan olmuş Şamaxı uzun illər
əvvəlki görkəmini geri qaytara bilməsə də,
yenidən dirçələrək Azərbaycanın mədəniyyət
tarixinə öz adını yazmağı
bacarmışdır.
Reportajda
Şamaxının Böyük Xınıslı kəndi ərazisində
yerləşən, dəfələrlə düşmən hücumları
və zəlzələlər nəticəsində
dağılan
"Gülüstan qalası"nın tarixinə də
geniş yer verilmişdir. "Qız qalası" kimi də
tanınan "Gülüstan qalası" Şirvanşahların əsas iqamətgahı
olmuşdur. Burada aparılan arxeoloji tədqiqatlar zamanı
XI-XII əsrlərə aid bir çox əşya və alətlər,
yeraltı gizli yol aşkar edilmişdir.
Şamaxının
dahilər vətəni olması da videosüjetdə xüsusi
qeyd edilir. Əfzələddin Xaqani, İmadəddin Nəsimi,
Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi
böyük söz ustadları Şamaxıda doğulmuş, burada yazıb
yaratmışlar. Şəhərdəki tarixi Şıxəndan
qəbiristanlığında Azərbaycan şairi,
maarifçi və mütəfəkkir S.Ə.Şirvaninin məzarı,
satira nəhəngi M.Ə.Sabirin məqbərəsi vardır.
Sabirin ev-muzeyi də məhz Şamaxı şəhərindədir.
Videorepotajda
Prezident İlham Əliyevin sərəncamı ilə yenidən
bərpa olunmuş və bu ilin mayında dövlət başçısının
iştirakı ilə açılmış Cümə məscidindən
geniş bəhs edilir. Cümə məscidi Şamaxı
memarlığının şah əsərlərindən
sayılır. O, 743-cü ildə inşa edilmiş və
Yaxın Şərqin mühüm dini mərkəzlərindən
biri kimi fəaliyyət göstərmişdir. Cümə məscidi
Şamaxının, eyni zamanda, Azərbaycanın qədim
tarixi-dini abidəsi olmaqla Cənubi Qafqazın ən möhtəşəm
müsəlman ibadətgahıdır.
Videoda
Şamaxının həm də sənaye şəhəri
olması vurğulanır. Burada "Star" şirkətlər
qrupunun televizor zavodu fəaliyyət göstərir. Bu zavodda analoq televizorları ilə yanaşı, LCD televizorlar
da istehsal edilir. Eyni zamanda, Şamaxıda
məişət cihazları
zavodu da vardır. Zavodda soyuducu, paltaryuyan və qabyuyan maşınlar, kondisionerlər
istehsal olunur.
Şamaxı xalçaları da
süjet müəlliflərinin
diqqət mərkəzində
olmuşdur. Şirvana
şöhrət gətirən
müxtəlif çeşnili
xalçaları Şamaxı
tacirləri təkcə
Azərbaycanda deyil, bütün dünyada satışa çıxarırdılar.
Şirvan taxt-tacında
bir vaxtlar böyük dəyər verilən Şirvan xalçaları bu gün də istehsal olunur.
Süjetdə Şamaxıda yerləşən
ən böyük və müasir Olimpiya İdman Kompleksi barədə söhbət açılır,
eyni zamanda, rayonun respublikanın turizm mərkəzlərindən
biri olduğu qeyd edilir.
Reportajda
Şamaxının müasir
atributuna çevrilən
Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası diqqət
mərkəzində olmuşdur.
Rəsədxana bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılmışdır.
Burada yenilənmiş
teleskoplar, ərazidə
yaradılan yüksək
şərait nümayiş
etdirilir.
Müəlliflər qeyd edirlər ki, tarixlə müasirliyin vəhdətini özündə
yaşadan qədim Şamaxı bu gün yenilənir və daha da
gözəlləşir.
Videoreportajla və həmçinin
Azərbaycanın digər
bölgələrindən hazırlanmış
tanıtım videoları
ilə bu linkdən http://azertag.com/the_modernizing_districts tanış olmaq mümkündür.
AzərTAc
Azərbaycan.-2013.- 4 iyul.- S.7.