Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə Komitənin üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə Komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında  ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə Komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 iyul.- S.1.