Milli Məclisin Sədri «Şöhrət» ordenini Asim Mollazadəyə təqdim etmişdir

 

İyulun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından "Şöhrət" ordenini təqdim etmişdir.

DİP-in mətbuat xidmətindən bildirmişlər ki, spiker Asim Mollazadənin ölkənin ictimai-siyasi həyatındakı rolunu, parlamentdəki fəaliyyətini, eyni zamanda, Azərbaycanın maraqlarını xaricdə uğurla təmsil etməsini yüksək qiymətləndirmişdir.

O.Əsədov A.Mollazadəyə "Şöhrət" ordeni ilə yanaşı, Milli Məclis adından təbrik məktubunu da təqdim etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 5 iyul.- S.1.